Suraxanı Rayon Məhkəməsindən qeyri-qanuni qərar - ŞİKAYƏT


Yelo Bank"a (keçmiş “Nikoil Bank”) borcunu ödəyən vətəndaşın mənzili əlindən alındı

Bakı sakini Hüseyn İbrahim oğlu Sadiqov Hurriyyet.az-a müraciət edərək bildirir ki, "Yelo Bank" (keçmiş “Nikoil Bank”) və Suraxanı Rayon Məhkəməsindən şikayətçidir. O 2014-cü ildə “Nikoil Bank”dan kredit götürmək üçün evini girov qoyur. Lakin sonradan ödənişi ödəməkdə problemlər yaşayır. 2019-cu ildə ev bankın balansına keçir və onlar evdən çıxarılır. Lakin sonradan işləri qaydasına düşən Hüseyn Sadiqov banka 18000 manat köçürür və ona borcunun tam bağlanıldığı deyilir. O, iki aydan sonra bankla razılaşır, mənzil ona 60380 manat qiymətinə satılır. Ancaq Suraxanı Rayon Məhkəməsinin hakimi nə ödənişləri, nə də pandemiyanı, nə də müqavilə müddətinin daha 2 il bitməsini və digər sübutlarımı nəzərə almadan mənzilin ev sahibindən alınması barədə qərar qəbul edir. 

Çarəsiz vəziyyətdə qalan şəhər sakini ölkə başçısından kömək istəyir: "Yelo Bank" haqqsız yerə mənim evimi əlimdən alıbilər. Mənim kimi bir çox şikayətçilər var. Azərbaycanda artıq hər kəs demək olar ki, "Yelo bank" rehberliyinin fırıldaqçı oyunundan xəbərdardır. Bütün dövlət qurumlarından, Cənab Prezident İlham Əliyevdən "Yelo Bank" (keçmiş “Nikoil Bank”) və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakiminin gördüyü  işlərlə tanış olub, mənə  köməklik etmələrini xahiş edirəm. 2014-cü ildə evimi “Nikoil Bank”a girov qoyaraq 45000 manat kredit götürdüm. 3 ay ödədikdən sonra ticarətdə problemlər yarandı, gözləmədiyim uğursuzluqla qarşılaşdım və borclarımı ödəyə bilmədim. Nəticədə bank məni məhkəməyə verdi və evim bankın adına keçdi. 2019-cu ildə ev bankın adına keçdi və bizi 2 azyaşlı uşaqla birlikdə evimizdən çıxartdılar. Tək əynimizdəki geyimlərlə... Evdən heç nə götürə bilmədik. Ailəmin hər üzvü ayrı-ayrı qohumlarda qaldı. İki  aydan sonra bankla razılaşdım və evimi mənə 60380 manat 10 qəpik  qiymətinə satdılar. Korona pandemiyası başladı. İşlər dayandı, vəziyyət yenidən pisləşdi, çarəsizlik yenə məni və ailəmi tutdu. Ancaq aptek və çörək üçün harasa getmək olurdu. Bunun üçün krediti vaxtında ödəyə bilmədim. Pandemiyanın və sərt karantin rejimi bir az yumşaldıqdan sonra yenidən işlərimə döndüm və  dərhal banka 18000 manat ödədim. Bu ödədiyim məbləğə qədər də əlimdə olan pulları banka ödəmişəm ki, borcum azalsın. 18000 manat ödədikdən sonra bankdan təmizlik kağızı istədim və mənə "borcunuz tam bağlanıb" dedilər.

Bank dedi ki, borcunuz 100 faiz ödənilib. Təmizlik kağızının verilməsini tələb etdim. Borcun olmaması haqqında arayış almaq üçün məndən 20 manat istədilər. Verilən sənəd məni qane etmədiyinə görə, bank işçisinə müraciət etdim ki, mənə arayış vermisiz ki, kredit borcunuz bağlanılıb. Axı, biraz əvvəl borcum olmadığını demişdilər. Yenə bank yalan-dolanlarıyla məni aldadır. Müqavilənin şərtlərinə əsasən pulumu ödəmişəmsə ev mənim olmalıdır. “Yelo Bank” və Suraxanı Rayon Məhkəməsinin hakimi pandemiyanı, ciddi karantin rejimini nəzərə almayıb. Bir müddət keçdikdən sonra məhkəmədən mənə çağırış gəldi. Məhkəməyə qədər bir dəfə də olsun mənə məhkəmədən kağız gəlməyib. Hakim isə deyir ki, məhkəmələrdə iştirak etməyibsiz, bank sizdən şikayət edir ki, evi boşaltsınlar. Məhkəmə 23.08.2022-ci il tarixdə qərar verib ki, ailə evi tərk etsin. Müqavilənin bitməsinə isə 2 il var. Bu haqqsızlıq deyil, bəs nədi?.. Belə nəticəyə gəlirəm ki, Rəşad adlı “Yelo Bank” işçisi məni aldadır.

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi nə ödənişlərimi, nə pandemiyanı, nə də müqavilə müddətinin bitməsinə 2 il qalmasını və digər sübutlarımı nəzərə alıb. Hakim qərar verib ki, bank haqlıdır və evi boşaltmaq məcburiyyətindəyəm. Ailəm 6 nəfərdən ibarətdir: mən, həyat yoldaşım, oğlum, gəlinim və iki nəvəm. Xahiş edirəm ki, müvafiq qurumlara xəbər verəsiniz, bəlkə kimsə köməklik edə bilər. Əlimdə sənədlərim, çeklərim var. 1-2 çeki evdən köçən vaxt itirmişəm".

Qarşı tərəfi dinləməyə hazırıq.

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti