8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Vətən müharibəsi qazisi Həsənov Cavid Sahib oğlu Zərdab rayonunun icra başçısı Mərdan Camalovla bağlı iddialar səsləndirib.Hurriyyet.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə qazi sosial şəbəkə hesabında paylaşım edib.C.Həsənov iddi edib ki, icra başçısı onu qəbul etsə də, dinləmək istəməyib:“Mən Həsənov Cavid Sahib oğlu, 16 ilə yaxın Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişəm, Vətən Müharibəsində yaralanaraq qazi olmuşam.Bu il avqustun 22-də sakini olduğum Zərdab rayonunun icra başçısı Mərdan Camalovun qəbuluna getdim. Məni qəbul etdiyi üçün icra başçısına təşəkkür etdim və bildirdim ki, mənə kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq ayrılmasını xahiş edirəm. Cənab Mərdan Camalov məni heç dinləmək də istəmədi və sözümü kobud şəkildə kəsib başladı deyinməyə. “Hamınız üstümə gəlirsiniz, elə bil, bura bankdır, mən pul paylayanam?!” - bu cür sözlərlə məni acılamağa başladı. Daha sonra yanındakı köməkçisinə üz tutaraq bildirdi ki, bunun sənədlərini araşdırın, ümumiyyətlə bu kimdir, haranın qazisidir. Dedim ki, mən bura dilənməyə gəlməmişəm. 2 ildir müharibə bitib və mən həm əliləm, həm onkoloji xəstəyəm. Sosial ödənişlərlə ailəmi dolandıra bilmədiyim üçün torpaq götürüb əkin-biçinlə məşğul olmaq istəyirəm. Buna mənim haqqım var. İcra başçısı məni heç dinləmədi, “torpaq filan yoxdur, sənədlərini gətir 100-200 manat verərik” deyib otaqdan çıxdı.İcra başçısının qazi və şəhid ailələri ilə iş üzrə köməkçisi Zinhar müəllim isə mənim 20 ilə yaxındır rayonda yaşamadığımı deyərək guya mənim haqsız olduğumu bildirdi. Dedim ki, mənim rayonda yaşamamağım təbiidir, çünki mən 16 il XTD-də (Xüsusi Təyinatlı Dəstə - red.) xidmət etmişəm. Siz rayon rəhbərliyi olaraq heç öz sakinləriniz olan qazilərlərlə maraqlanmısınız? Mən 2 ildir qaziyəm və yaralı, ağır vəziyyətdə olduğum zaman Zərdab rayonunun nə icra hakimiyyəti, nə deputatı mənimlə maraqlanmayıb. Yalnız rayonun polis şöbəsinin rəisi Azər Əfəndiyev mənimlə danışıb, müəyyən köməklik göstərib. Bunları deyəndə icra başçısının köməkçisi dedi ki, sən gərək zəhmət çəkib sənədlərinlə bizə müraciət edərdin. Ona dedim ki, axı mən yataq xəstəsi olaraq necə gələ bilərdim bura? Mənimlə maraqlanmaq sizin işinizdir axı. Cənab Prezident bunu icra başçılarına dəfələrlə tapşırıb.Son olaraq icra başçısının köməkçisi dedi ki, sənə torpaq verə bilmərik, sənədlərini gətir sənə 100-200 manat yardım verərik. Mənimlə dilənçi kimi davrandı və demək olar ki, məni qovdu. Dedim ki, mənə olan bu münasibətiniz doğru deyil və mən bununla bağlı cənab Prezidentə, ictimaiyyətə müraciət edəcəm. O heç narahat da olmadı və görüş beləcə bitdi”.Qazi həmçinin qeyd edib ki, icra başçısı və yaxınları rayonun bəzi kəndlərində torpaq zəbt edib:“Rayonda yaşayanlar bilir ki, Zərdabın, demək olar ki, bütün kəndlərdində, eləcə də mənim qeydiyyatda olduğum Otmanoba kəndində torpaqları icra başçısı və yaxınları zəbt edib, əkiblər. İnanıram ki, Zərdab rayonunda icra hakimiyyətinin buözbaşınalığına son qoyulacaq. Cənab Prezidentin qazi və şəhid ailələrinə qayğı ilə bağlı verdiyi tapşırıqları heçə sayan məmurlar öz cəzasını alacaq”.Qazinin iddiaları ilə bağlı Zərdab Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, araşdırılıb bu barədə məlumat veriləcək.