23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
Lənkəran rayonu Ə.Nəsirov adına Tütəpeştə kənd ümumi orta məktəbində direktor səlahiyyəti gözətçiyə həvalə olunub.Sozcu.info oxu.az-a istinadən xəbər verir ki,məktəbin direktoru Rövşən Əliyev məzuniyyətdə olduğu üçün onun səlahiyyətlərini məktəbin gözətçisi icra edib.Belə ki, direktora məktub ünvanlayan müəllimlərdən birinə cavab qarovulçu adından verilib.Məsələ barədə Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, bütün pedaqoji və texniki işçilər məzuniyyətdə olduğu, məktəbin də təsərrüfat müdiri olmadığından müvəqqəti olaraq səlahiyyət gözətçiyə həvalə olunub:“Hazırda direktorun məzuniyyət vaxtı bitib və işindədir. Vətəndaş yenidən müraciət edə bilər”.