`Qocalar Evi`ndə QUANTANAMO QAYDALARI... - İTTİHAM VAR!

`Qocalar Evi`ndə QUANTANAMO QAYDALARI...
Hansı dinə sitayiş etməsindən asılı olmayaraq, hər kəs ölüsünü hörmətli şəkildə dəfn etməyə çalışır. Bu işdə vacib əməllərdən biri ölünü ölü sahibinin yumasıdır. Lakin müəyyən səbəblərə görə bunu etməyənlərə halallıq əldə edilərək, mürdəşirlər yardımçı olur. Onlar İslam aləmində vacib nüanslardan biri olan cənazəni layiqli şəkildə, müsəlman kimi dəfnə hazırlayırlar.

Kimsəsiz adamların da cəsədi yerdə qalmır. Ürəyində Allah xofu olan başqa şəxslər meyitləri dini qaydalara uyğun dəfn edirlər.

Ancaq bu günlərdə redaksiyamıza daxil olan bir məlumat bizi hədsiz dərəcədə təəccübləndirdi və təəccübümüzə səbəb oldu. Məlumatda bildirilir ki, “Qocalar Evi” kimi tanınan Bilgəh qəsəbəsindəki Müharibə Əlilləri və Əmək veteranları üçün 1 saylı Pansionatda dünyasını dəyişən ahıl yaşlı şəxslərin meyitləri yuyulmadan basdırılır. Əgər bu vacib əməl yerinə yetirilmirsə, yəqin ki heç dua da oxunmur.

Ümumiyyətlə, Samirə Mehdiyevanın direktor vəzifəsinə təyin olunmasından sonra pansioatda baş verən cinayətə bərabər tutulan qanunsuzluqlar barədə xeyli deyilib, xeyli yazılıb. Onları təkrarlamağa lüzum görmürük. Qeyd etməyə dəyər ki, Samirənin və onun başına yığdığı müftəxorların törətdikləıri qanunsuz hərəkətlər qoca da olsalar, əlil də olsalar, diri insanlara qarşı yönəlmişdi. Amma pansionun pensiyaları oğurlanan, ərzaq payları yağmalanan mərhum sakinləri ən azından müsəlman adətinə uyğun dəfn olunmağı haqq etmişdilər. Eşidən-bilən danışır ki, bu haqqı onlara çox görən Samirə Mehdiyevanın yediyi gec-tez burnundan gələcək. Baş verənlər nəinki ölənlərin yaxın-uzaq qohum-əqrəbaları, hətta Bilgəh qəsəbə sakinlərinin də ciddi narazılığına səbəb olub.

Yeri gəlmişkən, xəbər var ki, taqətdən düşmüş qocaların pensiya kartları yenə də Samirənin sərəncamındadır, kartlardakı pullar pansionun Arif, Nurlana və daha bir dayə — əməkdaşı tərəfindən banklomatlardan çəkilir. Sakinlərə xörək yerinə az qala it yalı verilir. Halbuki, xeyriyyəçilər vasitəsilə pansionun mətbəxinə bol ərzaq, hətta quzular da gəlir ki, pansion sakinlərinin süfrəsinə deyil, Samirə Mehdiyevanın evinə, məsləhət bildiyi ünvanlara aparılır.

Mövzuya qayıdacağıq.
 //deryaz.az//



Oxşar Xəbərlər

Xəbər lenti