Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Kadir İnanır vəfat etdi
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
Bu gün, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Qocalar Evində BİABIRÇI MƏNZƏRƏ - İTTİHAM VAR!
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin. Hər il olduğu kimi, bu il də Novruz bayramı münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatını ziyarət edən hakimiyyət mənsubları, ictimaiyyət nümayəndələri gəlişigözəl sözlər danışacaqlar. Deyəcəklər ki, burada yaşayan insanların tibbi problemlərinin həlli daim nəzarətdə saxlanılır, onların sağlamlığına xüsusi diqqət göstərilir, yüksək şəraitlə təmin olunması istiqamətində bütün addımlar atılıb. Qeyd edəcəklər ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə, o cümlədən ahıllara xüsusi diqqət və qayğı ilə yanaşır. Onların rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atılır. Əllərində gətirdikləri sovqatları qocalara paylayacaqlar. Sonra da çıxıb gedəcəklər, bu görüşlərin təfərrüatları isə mətbuatda yayılacaq.
Və... konsert elə bununla da bitəcək. “Şahzadə” qonaqlar mürəxxəs olandan dərhal sonra isə qocalar, əlillər “Göyçək Fatmanın ögey anası” ilə - pansionun əzazil direktoru Samirə Mehdiyeva ilə başbaşa qalacaqlar. İllər yorğunu, əldən-ayaqdan, taqətdən düşmüş, bəziləri isə yaxınları tərəfindən atılmış bu insanlar sağlam, cavan və enerjili, amma tamahının, nəfsinin qulu olan, humanizm, insanpərvərlik nə olduğunu bilməyən direktorun terroruna məruz qalmaqda davam edəcəklər. Pensiya kartları əllərindən alınacaq, ərzaq və dərman paylarından kəsiləcək. Direktor ara-sıra əsarətə etirazını bildirən zavallıların səsini müxtəlif çirkinn üsullarla elə yerindəcə boğacaq – kimini intihar həddinə gətirib çıxaracaq, kimini dəlixanaya göndərtdirəcək. Barəsində yazılan tənqidi məqalələrin, edilən şikayətlərin də faydası olmayacaq. Çünki Samirənin “yuxarıda” Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov kimi havadarı var.
Razılaşın ki, kənardan bu vəziyyət olduqca pis, utancverici görünür: Nefti-qazı ilə zəngin, öz gücü ilə müharibəni udan Azərbaycan dövləti beş-on nəfər ahıl vətəndaşının qayğılsına qala, onlara diqqət göstərə bilmir.
Bu günlərdə “Dəryaz” qəzeti redaksiyasına direktorun pansionda yürütdüyü terror siyasətinə dair yeni məlumatlar daxil olub: “Xanlar dayı bir neçə il nbundan əvvələ qədər cəmiyyətdə hörməti və nüfuzu olan fərasətli bir ağsaqqal kimi tanınırdı. Sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu – Sumqayıt şəhərində məşhur “Karvan” ticarət mərkəzinin həndəvərində yerləşən restoranın sahibi idi. Sonradan müxtəlif obyektiv və subyektiv səbəblərdən adamın işləri yaxşı getmədi, sonunda müflis oldu. Tale onu ahıl yaşında Qocalar Evinə ürcah elədi. Dövlətin sosial siyasətindən yararlanmağı da bəlkə də pansionun sakinlərinin çoxundan daha artıq dərəcədə haqq etmişdi. Çünki vaxtilə sahibkar kimi dövlətin büdcəsinə orta statistik Azərbaycan vətəndaşından qat-qat çox vergi, sosial sığorta haqqı ödəmişdi.Təsəvvür edin ki, ağlı başında olan belə bir adamı Samirə Mehdiyeva dəlixanaya göndərmişdir. Ondan başqa bu yaxında haqsızlığa məruz qalan Eldar adlı başqa bir ahıl sakinin də aqibəti narkoloji xəstəxanalıq olmuşdur. Zavallının pensiya kartını da Samirə özündə saxlayıb, vermir. Əl-həzər edən Eldar kişinin harayına yetişən yoxdur”.
Məlumatı verən mənbə həmçinin bildirir ki, ömrünün son bir neçə ilini Samirə ilə mübarizədə keçirmiş, amma göndərilmiş olduğu psixiatriya xəstəxanasından öz əzmi, iradəsi və mətbuatın dəstəyi ilə qurtulub yenidən pansiona dönməyi bacarmış, adı sadiq oxucularımıza yaxşı bəlli olan Hüseynağa Nuriyevin də səhhət durumu ağırdır: “Hüseynağa kişinin öd kisəsi, qaraciyəri şişib. Danışırmış ki, Samirə ona yanlış dərman verib, zəhərləməyə çalışıb. Zavallının başı o qədər çəkib ki, direktordan şübhələnməyə özünü tam əsaslı hesab edir. Ona cərrahi əməliyyat olunmağı təklif ediblər. İmtina edib. İnamsızlığını ifadə edərək qorxduğunu deyib: “Siz mənim düşmənimsiz, aparırsız məni öldürməyə””.
Məlumata görə, Samirə Mehdiyeva daha ahıl yaşlıların və daha çox etiraz səsi çıxanların yaşadıqları 5-ci mərtəbənin sakinlərini təmir adı ilə dağıdıb digər mərtəbələrə. Bir sözlə, “parçala və hökm sür” prinsipinə uyğun olaraq onların birliyini, bira araya gəlmək imkanlarını pozub: “Kartlarını da əllərindən alıb. Aylıq pensiya ödənişlərinin vaxtı çatanda bankomatdan çıxartdırıb mənimsəyir. Hərəsinə bir kilo qənd, bir kiçik qutu çay və pampers alıb, qalanını mənimsəyir. Soruşana deyir ki, qocaların pullarını yığıb ehtiyata saxlayır. Adama deyərlər, sənin nə ixtiyarın var axı. Sən bəyəm dövlətdən daha etibarlı qoruyucusan ki? Səndə qalınca, öz pensiya hesablarında qalsa pis olar bəyəm?”
Təqdim olunan informasiyalar arasında Samirəyə nifrəti artıran biri də dünyasını dəyişən pansion sakinlərinin dəfni ilə bağlıdır: “Dövlətin onlara verdiyi 600 manat dəfn pulunu Samirə özünə götürür, məzarlarına qoyulası baş daşlarını isə qranit sexlərindən almır, “otxod” materialdan qurdurur. Dəfnə aid müsəlman ayinləri gözləənilmir, çox vaxt mollaya, mürdəşirə xərc çəkilmir. Bu azlıq edirmiş kimi, Samirə dəfnləri təşkil etmək üçün işçilərindən də köməklik umur”.
Samirə Mehdiyevanın kadr siyasəti də onun terrora, korrupsiyaya əsaslanan idarəçiliyi ilə səsləşir. Belə ki, o, artıq dəfələrlə yazdığımız kimi kollektivin stajlı, özündən əvvəl işləyən üzvlərini kənarlaşdırır, özünə sərf eləyən adamları vəzifəyə gətitir. Qeyd olunur ki, təzə işə götürdüyü şəxslər arasında qoluzorlu kimi xidmət göstərən cavan oğlan da vardır. İşdən çıxardığı adamların isə çoxu elə pansionun yerləşdiyi Bilgəh qəsəbəsində yaşayanlardır. Halbuki, məhz elələrinin vəzifədə qalması daha məqsədəuyğun hesab edilməlidir ki, məsafə baxımından həm davamiyyət intizamına riayət etmək, həm də fors-major hallarda, bayram və istirahət günlərində də rəhbərliyin çağırışına tez özlərini yetirmək imkanına malikdirlər. Əslində isə direktor rəvac verdiyi qanunsuzluqlar barədə məlumatların mətbuata məhz köhnə işçilər tərəfindən sızdırılmasından şübhələnir. Düşünür ki, köhnə komandanı yeniləyib özü bildiyi kimi müti kollektiv formalaşdırsa, “nerdə o səki bayramlar” deyib köhnə xoş günlərin xiffətini çəkən qocalarla tədricən üzülüşsə, öz işləri “yağ kimi” gedər. //deryaz.az//
Oxşar Xəbərlər
Şəhid ailələri və müharibə əlilləri üçün genişmiqyaslı proqram icra edilir
Bu gün ƏƏSMN-in yaradılmasının 103 ili tamam olur
Şəhid ailələri və qazilərə diqqət və qayğı dövlətimizin sosial siyasətinin mərkəzindədir
Şəhid ailələri və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir
Xəbər lenti
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Sabah Bakıda və rayonlarda yağış yağacaq
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Yağış yağacaq -
PROQNOZ
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma