8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tərtər rayon Yuxarı Sarıcalı kəndindən olan bir qrup sakin ərazidə yeni qazılan artezyan quyusunun yerinə görə narazıdır.Onlar Bizim.Media-ya müraciət edərək iddia edir ki, hazırda qazılan artezyan quyusu kəndin suvarma işinə ciddi köməklik göstərə bilməyəcək. Səbəb isə qazıntısı yeni başlayan quyunun uyğun yerdə qazılmamasıdır. İddia əsasında həmsöhbət olduğumuz kənd sakini Camal Abdullayev bildirir ki, quyu qazılan ərazilərdə o qədər də çox əkin sahəsi yoxdur. Onların tələbi isə quyunun başqa ərazidə qazılmasını təmin etməkdir. Sakinlərin tələbinə əsasən Tərtər rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədov digər rayon rəsmiləri ilə birgə kəndə gələrək sakinlərlə görüş keçirib. Yuxarı Sarıcalı sakinləri 2021-ci ildə dövlət başçısının 31 may 2021-ci il tarixli sərəncamı ilə yeni qazılacaq subartezian quyusunun yerinin dəyişdirilməsi ilə yanaşı bir neçə müraciətlər də edib. Onlar məktəbə gedən yolun təmiri, Yuxarı Sarıcalı kəndində ibtidai məktəbin açılması, kəndə stasionar telefon və internet xəttinin çəkilməsi ilə bağlı müraciət ediblər.
Rayon rəhbəri sakinlərə bildirib ki, Prezidentin sərəncamına əsasən Tərtər rayonun 10 yaşayış məntəqəsində, o cümlədən Yuxarı Sarıcalı kəndində də yeni subartezian quyusunun qazılması barədə qərar verilib.
Yeni qazılacaq subartezian quyusunun yeri Meliorasiya və Su Təsərüffatı ASC-nin, tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdriyyətinin, Azərbaycan Dövlət Su Təsərrüfatı Layihə İnstitutunun və yerli icra hakimiyyətinin nümayəndələrindən ibarət komissiya tərəfindən müəyyənləşdirilir. Komissiya tərəfindən əraziyə baxış keçirilib, yeni subartizan quyusunun yeri təyin edilib, layihə sənədləri hazırlanıb. Yeni vurulacaq subartizan quyusu vasitəsi ilə 30 hektar əkin sahəsi suvarılacaq. İcra başçısı gələcəkdə onların da tələb etdiyi ərazidə yeni subartezian quyusunun qazılmasına köməklik göstəriləcəyini bildirib. Qeyd edək ki, hazırda yüzə yaxın evdən ibarət olan Yuxarı Sarıcalı kəndində 3 artezyan quyusu fəaliyyət göstərir. Bundan başqa kəndin suvarma işlərinə Suqovuşandan gələn kanal da xidmət edir. Rayon icra hakimiyyətindən sakinlərin digər müraciəti ilə bağlı Bizim.Media-nın yerli bürosuna bildirilib ki, kənddə yeni ibtidai məktəbin açılması üçün şagird kantingentinin sayı yetərli deyil. Bundan başqa kənddə olan elektrik transformatorunun təmir olunması, məktəbə gedən yola çınqıl tökülərək hamarlanması ilə bağlı aidiyyəti qurumlara müvafiq göstərişlər verilib.