Müəllimlərin qəzəbinə tuş gələn direktor danışdı - Şəki təhsilində QALMAQAL


Məni işdən çıxarmayıblar, hamısı böhtandır. Bunu kim deyir ki, axı, belə bir şey yoxdur”

Hurriyyet.az 
xəbər verir ki, bunu Gununsesi.info-ya Şəkinin Cəfərabad kən tam orta məktəbinin direktoru Rahim Salamov müəllimlərin ona etiraz olaraq dərsləri boykot etməsi faktına münasibətində bildirib.

Rahim Salamov iddia edib ki, barəsində deyilənlər həqiqətəuyğun deyil: “Mənim hər hansı bir neqativ əməlim olmayıb ki, məni işdən azad etsinlər”.

Qeyd edək ki, bu gün səhər saatlarında Şəkinin Cəfərabad kəndində ötən tədris ilində işdən çıxarılan direktorun yenidən vəzifəsinə qayıtması müəllimlərin etirazına səbəb olub.

***

Şəkinin Cəfərabad kənd tam orta məktəbində müəllimlər dərsləri boykot edib.

Hurriyyet.az 
xəbər verir ki, bu barədə Gununsesi.info-ya adıçəkilən kəndin müəllimlərinin göndərdiyi məlumatda deyilir.

Məlumata görə, müəllimlərin boykot qərarına həmin məktəbdə təhsil alan şagirdlər də qoşulub. Buna səbəb isə ötən il korrupsiya və digər neqativ əməllərinə görə işdən azad olunmuş direktor Rahim Salamovun yenidən işə qayıtmasıdır.

Müəllimlər deyir ki, yeni tədris ilində keçmiş direktor ortalığa çıxmasa da bu gün onun məktəbə gəlişi hər kəsi təəccübləndirib: “İndi gəlib ki, mən direktoram, amma biz onu qəbul etmirik. Valideynlər də onu istəmir. “Günün Səsi” xəbər saytının bu məsələni nazirimizin diqqətinə çatdırmasını xahiş edirik”.

 



Oxşar Xəbərlər

Xəbər lenti