8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sabunçu rayon Yeni Ramana qəsəbəsi Dmitrov küçəsində antisanitariya hökm sürür.Sozcu.info bakuplus.az-a istinadla xəbər verir ki, adıçəkilən ərazidə kanalizasiya sistemi olsa da, həm küçə, həm də kanalizasiya xəttləri baxımsız vəziyyətdədir.Mərkəzi boruların qəzalı olması səbəbindən çirkab su küçələrə axır. Yağış yağan zaman kanalizasiya xəttinin gücü çatmır deyə su daşmağa başlayır.Sakinlər bildirirlər ki, pis qoxu vəziyyəti daha da qəlizləşdirir. Bu küçədə yaşayanlar pəncərələrini açıq saxlaya bilmirlər. Çünki qoxu ilə yanaşı, evlərə milçəklər də dolur. Nəticədə hal-hazırda küçədə antisanitar vəziyyət yaranıb, bu da öz növbəsində insanların sağlamlığı üçün təhlükəyə çevrilib.Sakinlərin sözlərinə görə, dəfələrlə Bakı Sukanal İdarəsinə, Sabunçu Rayon İcra Hakimiyyətinə, “Azərsu” ASC-yə yazılı müraciət olunub, lakin bu problem bu günə kimi həll olunmayıb.Bundan əvvəl, 23 iyul tarixində də, eyni problem işıqlandırılmışdı. Bunun üstündən 3 ay keçsə də, aidiyyatı qurumlar tərəfindən hələ də heç bir iş görülməyib.