8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bərdə rayonu sakini Nəsrəddin Qurbanov Daxili İşlər Nazirliyi qarşısında etiraz edib.
Hurriyye.az Toplum TV-yə istinadla xəbər verir ki, vətəndaş oktyabrın 10-da keçirdiyi aksiyada bildirib ki, qardaşı Sədrəddin Qurbanov döyülüb, amma rayonun polis idarəsi məsələyə baxmır.
Şikayətçi deyir ki, zərərçəkəni döydürən Bərdə Rayonu İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşı Xalid Qədirovdur.
“Xalid Qədirovun ferması var, malları otarılmalıdır. Mənim torpağım həmin əraziyə yaxındır. Mənim torpağımı əlimdən almaq istəyirlər. Deyirəm, pulumu ver, çıxım, gedim. Bunun üstündə qardaşımı döydürtdürür, başına oyun açır”.
Vətəndaş müsahibəsini bitirmədən polis əməkdaşları onu xidməti maşına mindirib ərazidən uzaqlaşdırıblar.Şikayətçi polis bölməsində izahatı alındıqdan sonra sərbəst buraxıldığını bildirib.
İcra hakimiyyətinin sözügedən əməkdaşı Xalid Qədirov isə bildirib ki, haqqında deyilənləri şər-böhtan xarakterli ifadələr hesab edir.