8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“İnstaqram” sosial şəbəkəsində brendyolla adı altında müəyyən şəxs (və ya şəxslər) fırıldaqçılıqla məşğuldur. Səhifə müxtəlif məhsulları endirimli qiymətlərlə təklif edərək insanlardan sifariş qəbul edir, guya sifarişin Türkiyədən 7-12 gün ərzində çatdırılacağını vəd edir. Ödəniş əvvəlcədən tələb olunur, istifadəçilərə kart hesabı göndərilir, ödənişin card-to-card və ya ödəniş terminalları vasitəsilə həyata keçirilərək qəbzin göndərilməsi xahiş edilir.
Sifarişin çatdırılma müddəti başa satdıqdan sonra, guya ki, sifarişlərin gömrükdə gecikdiyi və ya müəyyən müddət sonra pulun qaytarılacağı deyilir. Lakin nə sifariş çatdırılmır, nə də ki, ödənilmiş pul geri qaytarılmır. Bir müddət sonra istifadəçilər bloka atılır. Bütün istifadəçilər demək olar ki, eyni ssenari ilə aldadılır.
Sozcu.info xəbər verir ki, səhifə ilə əlaqə yalnız instaqramda şəxsi mesaj, ya da 051 616 16 13 nömrəsinin WhatsApp-ı vasitəsilə mümkündür. Nömrəyə zəng etmək olmur.
Hazırda Brendyolla adlanan səhifənin əvvəlki adı trendyollo olmuşdur. Türkiyənin məşhur trendyol.com.tr alış-veriş saytının adına oxşarlığı ilə populyarlıq qazanan səhifənin 1 milyondan çox izləyicisi var. Onlara etibar etməyimizin əsas səbəblərindən biri də budur. Bundan əlavə, trendyollo.com və yüküm.az saytları da bu səhifəyə məxsusdur.
Hazırda səhifədə şərh bölümləri bağlıdır. Bu da aldadılmış insanların öz fikirlərini bildirməsinə imkan vermir və səhifə hələ də sifarişlər qəbul etməyə davam edərək yeni-yeni insanları öz toruna salır.
Biz, müxtəlif vaxtlarda sözügedən səhifədən müxtəlif məhsullar sifariş etmiş və kartlara ödənişlər etmişik. Əsasən sentyabr ayına qədər olan müddət ərzində ödənişlər Əhmədov Sərxanın (bəzi variantlarda Axmerov Sarxan yazılıb) adına olan Kapital bank kartına (4169-7332-1267-5933) köçürülmüşdür. Sentyabr ayından başlayaraq istifadəçilərə Kərimova Rübabənin (bəzi variantlarda Kazımova Rumeyya) kart rekvizitləri (6768-6771-7037-9857) təqdim edilir və ödənişlər də həmin karta köçürülür. Əlimizdə mövcud olan məlumatlara görə, vətəndaşların 2000 manata yaxın vəsaiti mənimsənilib. Hələ, bilmədiyimiz nə qədər aldadılan insan var.
Sozcu.info