2023-cü il Azərbaycan cəmiyyəti üçün çox böyük məna kəsb edən hadisələr ilə yadda qalmışdı

31 Dekabr Azərbaycan cəmiyyəti 2 mühüm "günü" qeyd edir. Həmrəylik Günü və Yeni İl bayram axşamı hər bir azərbaycanlı üçün vacib sayılır. Həmin günün daha bir əlamətdar hadisəsini isə ölkə başçısının xalqa müraciəti doldurur. Bu rəsmi çıxışda yalnız təbriklər əsas mahiyyət deyil. Ölkə başçısı həm keçmişə dair yığcam və açıq hesabat, həm də gələcək barədə planlarına işarə edir, Xalqa öz müraciətini bildirir. 31 Dekabr müraciəti isə əlbətdə ilin yadda qalan bir çox önəmli hadisələri əsas bəhs mövzusu olur. 2023-cü il bu xüsusda Azərbaycan tarixində çox mühüm yer tutan hadisələrlə fərqlənir. Azərbaycan Respublikasının ərazi suverenliyini bərpası bunun ən parlaq nümunələrindəndirƏbəs yerə deyildir ki, Prezident İlham Əliyevdə öz müraciətində bu əlamətdar hadisəyə böyük yer ayırmışdır.
Ölkəmizin təbii ki, bütün sərhədlərinin və ərazisinin bərpası buna əsas nümunədir. Bu yola gəlib çıxmaq isə əlbətdəki heçdə asan yoldan baş verməmişdir. Tarix boyu Azərbaycan ərazisi bir sıra işğallar, talanlar qurbanı olmuş,buna qarşı övladlarının canı, qanı bahasına olsada mübarizə aparmışdır. Azərbaycan dövlətçilik tarixinin hal-hazır ki təmsilçisi - Azərbaycan Respublikasıda çox təəsüf ki, həmin bu taleyi yaşamalı olmuşdur.
Müasir Azərbaycan Respublikasının ən böyük problemi sayılan - "Dağlıq Qarabağ" işğalı və münaqişəsi son 35 ildə xalqımızı narahat edən, onun mənəvi iztirabına yol açan "aşılmaz" maneə kimi təqdim olunur, Azərbaycan cəmiyyəti - "Qarabağsız Azərbaycana" inandırılmağa çalışılırdı. Lakin, dövlət tərəfindən sistematik şəkildə aparılan ümum iş sayəsində gənc nəsilə Qarabağ münaqişəsinin tarixi və siyasi analizi,azərbaycanlı əhalinin müharibə vaxtı çəkdiyi əzablar - soyqırım və əhalinin məcburi kütləvi qaçqınlığa sövq edilməsi daim aşılanırdı. Əlbət hər nə qədər bəzi - əsasən xarici qüvvələr tərəfindən kontrol edilən qurumlar xalqı çaşdırmaq meylində olsalarda, qırğın və əzabları birbaşa özü çəkmiş bir xalq olaraq Azərbaycan cəmiyyəti bu haqsızlıqları özü duyur, dərk edir və gələcək nəsilə ötürürdü.
"Qarabağ münaqişəsi" özü başlı-başına böyük problemlərə yol açmış, digər tərəfdən də ölkənin digər problemlərini kölgədə qoymuş və böhranı dərinləşdirmişdi.
Hələ Sovet İttifaqı dövrü başlayan "Qarabağ münaqişəsi" həm coğrafiyada, həm insanlarda dərin mənəvi və fiziki yaralar buraxmış, yeni yaranan dövlətin qarşısında əngəllər yaratmışdır. Ötən əsrin 87-88ci illərindən alovlanan bu münaqişənin, 2023-cü il 31 dekabrda - ölkə başçısının müraciətində dövlət suverenliyinin bərpası və separatizmin kökünün kəsilməsinə yönəlik vurğuları ilə sona çatdığının şahidiyik. Əlbəətdəki bu nəticəyə heçdə asan yoldan gəlinib çatılmamışdır. İttifaqın çöküşü ilə bərabər gələn XX əsrin 90-cı illərində Azərbaycan öz suverenliyini elan etmişdisə belə davam edən işğallar, iqtisadi böhran,bir sıra qruplar arası münaqişə,hakimiyyətdəki boşluqlar və hərc-mərclik zaman-zaman Azərbaycan xalqında inamsızlıq hissi doğursada, Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkə həyatı müəyyən sakitləşməyə və stabilliyə qədəm qoymuşdu. O dövrdə ölkə ərazisində baş qaldıran erməni separitzmi ilə yanaşı Respublikanın eks-rəhbərliyi "milli mənsubiyyət" məsələsini qabardır,bununla həm xalqda çaşqınlıq yaradır həmçinin,millətlərin bu çətin zamanda bir-birinə inamında şübhə yaradırdı. Təbii ki, bu bir çox problem gətirəcək və hətta yeni separatçı mövqelər ortaya sərə biləcəkdi. Rəqiblərinə nisbətən daha çox siyasi və idarəçilik qabiliyyətinə malik olan Heydər Əliyev zamanı isə buna yol verilə bilməzdi. Heydər Əliyev "azərbaycanlı" məfkurəsi ətrafında bütün xalqı birləşdirmək istəyir və bu yolda hərəkat edirdi. Onun bu təşəbbüsləri uğurlu oldu və ölkənin digər regionlarında sabitlik əldə edildi. Amma "Qarabağ məsələsi" qalmaqda idi. "Qarabağ məsələsi" burda çox fərqlənir. Bu hadisə tək separatçı çıxış ilə baş verib-yekunlaşmadı,burada birbaşa xarici amil - Ermənistanın işğalı yer tuturdu.1991-in sentyabrından yaradılan qeyri-rəsmi separtçı qurum - "Dağlıq Qarabağ Respublikası" isə Ermənistanın Qarabağı özünə birləşdirmək planını pərdələmək rolu oynayırdı. "Ətraf 7 rayonun" xüsusilə Laçın və Kəlbəcərin işğalı,bütün işğal dövrü "DQR" pul vahidinin Ermənistandada ödəmə vasitəsi olması,Ermənistan cavanlarının "DQR"-də hərbi xidmət çəkməsi kimi məqamlar hamısı buna dəlalət edir. "DQR" hər nə qədər özünü müstəqil göstərməyə çalışsada,Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını öz əyalətinə çevirmək planın bir parçası oldu və ya başından bəri belə idi. "Dağlıq Qarabağ" münaqişəsi erməni millətçiləri tərəfindən "Miatsum" olaraq bəhs edilir. "Miatsum" - ermənicə adından olduğu kimi "birləşmə" mənasını verir və müstəqil dövlət hədəfini deyil "birləşmiş Ermənistan" hədəfini işarəliyir. Prezident Heydər Əliyevin bir-başa əmri və göstərişi ilə dövlətin əsas problem nöqtəsi kimi - "Qarabağ" məsələsi dövlətin qarşısında həll olunmalı 1ci vəzifə olaraq qoyuldu.Heydər Əliyev deyirdi : "Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir".Əslində Heydər Əliyev bu kimi fikirlərlə hələ XX əsrin əvvəli 70-80cı illərdə tanış idi və millətçi ermənilərin hansı fikirdə olduğunu yaxşı dərk edirdi. Ölkə başçısının bu yolda fikirləri barışmaz oldu və qəti mövqe aldı.
Heydər Əliyevin qoyduğu bu siyasi yol onun davamçısı olan və Respublikanın sonrakı Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildi.
Azərbaycan dövləti və cəmiyyəti həmişə sülh tərafdarı olduğu bildirmiş və olası bir müharibənin deyildə, münaqişəsin danışıqlar yolu ilə aparılmasına tərafdar çıxmışdı. Bununla yanaşı baş verə biləcək hər hansı müharibəyə Respublika tam hazır edilməli idi.Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı kimi siyasi sahə ilə bərabər ordu quruculuğunada eyni həssaslıqla yanaşmışdır.Azərbaycan ordusunun gücü ilə 2016, 2018 kimi illərdə tam qüvvəsi ilə tanış olmasına baxmayaraq Ermənistan rəhbərliyi bunu heçdə düzgün qiymətləndirməmiş və öz çirkin əməllərindən əl çəkməmişdir. Düşmənin əməllərin düzgün təhlili və cəmiyyətin bir siyasət ətrafında cəmləşdirilməsi Azərbaycanın müharibədəki uğurlarında əsas amillərdən olacaqdı. 2020-ci ilin payız fəsli boyunca öz torpaqlarını azad edən Azərbaycan ordusu Azərbaycan sərhədlərini və ərazi suverenliyini tam bərpa etmişdi. Özünü "Qarabağın qanuni höküməti" kimi qələmə verən, heç bir beynəlxalq dövlət və qurum tərəfindən tanınmamış "Dağlıq Qarabağ Respublikası" de-fakto yox edilmişdi. 2020-2023 illəri ərzində fəaliyyətini rəsmən sonlandırmayan, əmma heç bir güc və siyasi iradəyə sahib olmayan quruma "öz-özünü buraxma" vaxtı tanınmışdı. Ermənistan rəhbərliyi və onların dəstəkçiləri isə bu vaxtdan istifadə edib, yenidən həmin ərazilərdən Azərbaycana qarşı təxribatlarını davam etdirirdilər. 2023-cü ildə bu təxribatlara tamamilə son vermə hesabına qarşı Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına görə öz tanınmış daxili ərazilərində 19-20 sentyabr anti-terror əməliyyatlarına başladı.Bir gün içində qələbə çalan Azərbaycan Ordusu beləliklə bütün Azərbaycan ərazisinin bütövlüyünü təmin etdi. 21 sentyabr Yevlax və 25 sentyabr Xocalı görüşləri Azərbaycan tərəfinin rəsmi şəkildə Qarabağ ermənilərini Azərbaycan vətəndaşı kimi qəbul etmələrini və bütün huminatar yardım göstərilməsində istəkli olduğlarını bildirdilər. Qarabağın statusu məsələsi isə 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən çox açıq və qəti kəlimələr ilə dilə gətirilmişdi və bundan dönülmədi. 28 sentyabrda separatçı qurumun seperatçı rəhbəri Samvel Şahmaryan qurumun özünü buraxacağını rəsmi şəkildə imzaladı. Bir gün sonra yenidən Qarabağın erməni nümayəndələri ilə Yevlax görüşündə rəsmi olaraq Qarabağdakı erməni icmasının Azərbaycanda yaşaya biləcəkləri təminatı verildi. Həmin gün sepatatçıların özlərinə paytaxt alandırdıqları Stepanakertdə - daha qədim və rəsmi adı ilə Xankəndi şəhərində Azərbaycan polisi öz nəzarətini bərpa etdi. 15 oktyabrda Azərbaycan Respublikası Dövlət Bayrağı Ali Baş Komandan tərəfindən Xankəndi şəhərində dalğalandırıldı və 8 noyabr - Zəfər günü hərbi paradı Xankəndidə birbaşa Ali Baş Komandanın iştirakı ilə keçirildi. Bu tarixi hadisələr 2020-də işğalın sona çatmasının davamı kimi 2023-də də münaqişənin sonlanması oldu. Bu dağıdıcı və qarşısı alınmaz münaqişə düzgün siyasi gedişlər və Azərbaycan Ordusunun qətiyyəti ilə Xalq birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün təmini ilə başa çatdırıldı.
Azərbaycan tərəfinin digər haqlı istəyisə əlbəətdə Ermənistandan qovulan qaçqınların öz doğma yurdlarına qayıdmasına şəraitin yaradılması tələbidir. Münaqişənin həllindən sonra Ermənistanla bu və digər məsələrdə sağlam dialoqun yaradılmasına isə hələki ümid edirik."Qarabağ" münaqişəsinin böyük ölçüdə həlli Azərbaycana artıq yeni yol açır və digər vacib məsələlərin həllində və müzakirəsində daha çox zamana işarə edirdi. Prezidentin məlum çıxışındanda göründüyü üzərə ölkə bir problemin üzərində qalmamalı, problem anındaca həll edilməli və digər mühüm məsələlərə eyni ciddilikdə yanaşılmalıdır. "Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir - 230 meqavat gücündə günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir"- bu çıxışda məhz Ali Baş Komandan tərəfindən boşuna səsləndirilməmiş, Azərbaycanın gələcək inkişaf sahələrinə və metodlarına bir işarə xarakteri daşımışdır.
Azərbaycan Respublikasının Prezidentinin Sərancamına əsasən 2024 - "Yaşıl Dünya naminə Həmrəylik İli" elan olundu. Azərbaycan Dünyanın bir parçasıdır və bundan uzaq qala bilməz, "COP-29" kimi beynəlxalq və mötəbər tədbirin Azərbaycanda keçirilməyi həm dünya miqiyasında Azərbaycanın rolunu həm də Azərbaycanın dünyada baş verən iqlim dəyişiklikləri simasında digər ümumdünyəvi və təbii məsələlərə, planetin mühafizəsinə və görülən işlərin nə dərəcədə olduğunu nümayiş etdirir. Rəsmi olaraq "Heydər Əliyev" ilində əldə edilən uğurlar, "Yaşıl Dünya naminə Həmrəylik" ilində də xalqın birliyi ilə qorunacaqdır.
Kamran Xəlilov

Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti