Naxçıvanın Maliyyə naziri pensiyaları necə mənimsəyir? - Səlim Müslümovun yolunu gedən Rafael Əliyev


Mən bir neçə aydır pensiyaya çıxmışam. Pensiyamın az olması məndə şübhə yaratdı. Bakıdan yaşayan bir qohumumun məsləhəti ilə sosial.az-da video qeydiyyatdan keçib ödənişlərimə baxanda gördum ki, ödədidiyim pullar pensiya üçün yığılmis balansımda yoxdur».

Sozcu.info bildirir ki, ovqat.com-a Naxçıvandan göndərilmiş şikayət məktubunda belə deyilir.

«Xan» rejiminin amansız repressiyasına uğrayacağından ehtiyat etdiyimiz üçün adını açıqlamadığız şikayətçi bildirir:

«Yaşıdlarımdan soruşdum onlarda da eyni vəziyyət idi. DSMF-yə muraciət etsəm də nəticə olmadı. Müəssisəm isə möhürlü sənəd göstərdi ki, sənin ödənislərin düzdür. Təkrar DSMF-ya müraciət etdim. Mənə bildirirdilər ki, Naxçıvan MR Maliyyə naziri Rafael müəllimin tapşırığıdır belə olub: 2021 və 2022-ci ilin DSMF ödənişlərindən hər vətəndaşdan illik olaraq 300-3000 manat arası kəsilsin. Maliyyə naziri isə vətəndasları qəbul etmir ki, şikayətimi ona deyim».

Şikayətçinin iddiasına görə, Rafael Əliyev belə etməklə Naxçıvanda hamını qıcıqlandırır: «Məmuru da, xadiməsi də ona nifrət edir. Odədiyimiz pulla o halal pensiyamızı da ala bilmirik».

Açığı, pensiyaçının illik müavinətindən 3000 manatın necə kəsilə biləcəyi bizə inandırıcı gəlmədi. Şikayətçiyə zəng edib bunun necə baş verə biləcəyini soruşduq. Şikayətçinin izahı belə oldu:

«Məsələn, 2021-ci ildə DSMF-yə illik 5000 manant ödəyən insanlar var. Onlardan 1000 manat tutublar, yerdə qalan 4000 manata görə pensiya təyin ediblər. Hər illik ödənişə uyğun olaraq pensiya üzərinə pul gəlir. İllik maaşın 25 faizi DSMF-yə gedir. Onun 3 faizini pensiyaçı, 22 faizini isə müəssisə ödəyir».

Bir sözlə, Naxçıvandan olan şikayətçinin iddiasına görə, Muxtar Respublikanın bütün əməkçilərinin DSMF-yə ödədiyi pulların bir qismi birbaşa Rafael Əliyevin şəxsi cibinə gedir.



Oxşar Xəbərlər

Xəbər lenti