23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
Gərginlik düşməsi nəticəsində “Avtovağzal” stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, 4 dəqiqədən sonra işıqlanma bərpa olunub.
“Bənövşəyi xətt üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub və hazırda gecikmə tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edir. Hadisənin səbəbləri araşdırılır. Digər detallar məlum olduqca informasiya veriləcək”, - deyə B.Məmmədov bildirib.