15-01-2026, 21:37
14-01-2026, 11:52
7-01-2026, 21:19
6-01-2026, 22:02
23-12-2025, 18:26
"Təxminən 1 saat sonra qatarların hərəkət intervalı bərpa olunub. Sadəcə səhərdən sərnişinləri lazımi səviyyədə daşıya bilmədiyimizə görə, stansiyalara daha çox insan yığılmışdı”.
Bunu "Report”a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, bu səbəbdən də bütün stansiyalarda sıxlıq yaranıb: "Digər tərəfdən də ümumi gecikmə olduğundan qatarlar stansiyalarda mərhələli şəkildə öncəki qatarın getməsini gözləyirdilər. 9:45-dən etibarən problem tam aradan qaldırılıb”.
***10:24
Bu gün Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayevin KİV-ə verdiyi məlumata görə, "Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verib: "Yaranmış narahatlığa görə üzr istəyirik".