8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şair, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm - cərəyanının nümayəndəsi Abbas Səhhət yazırdı ki, bir xalqı çökdürmək üçün onu silahla, topla, tüfənglə qırmağa ehtiyac yoxdur.Daha rahat yol var - savadsızlıq. Təhsil pula çevrilərsə, savadsızlıq çoxalar, mütaliə azalar. Zəkalı, ziyalı insanlara hörmət və rəğbət aradan qaldırılar. Lazımsız və yersiz zarafatlara ehtiyac artar. (Yeri gəlmişkən bu gün sosial şəbəkələrdə savadsızlıqdan qaynaqlanan və real həqiqətləri inkara çağırışlar, müzakirələr təəssüf ki, aktualdır). Hazırda təhsilsizlikdən qaynaqlanan vəziyyət sosial şəbəkələrdən tutmuş, ictimai nəqliyyatdan istifadə daxil, hər yerdə özünü mənfilərlə biruzə verir. Həqiqətən də, bir çox mütəfəkkürlərin bildirdiyi kimi, Abbas Səhhətin də təhsillə bağlı fikirləri günümüzün reallığıdır.Çünki, istənilən şəxs təhsil şöbəsinə müdir, məktəbə direktor təyin ediləndə "yaxşı pul qazanacaq" kimi düşünür və sonrakı mərhələdə bu praktik cəhətdən mümkünləşir. Bu fikirlərimizi mövcud vəziyyətdə əksəriyyət rayon, şəhər təhsil şöbələrinə şamil etmək olar, o cümlədən, Ağstafa rayon Təhsil Şöbəsinə. Təhsil naziri Emin Əmurullayevin Ağstafa Təhsil Şöbəsinə müdir təyin etdiyi Mədət Zeynalovu da bir çox rayonların təhsil şöbə müdirləri kimi təhsil, onun inkişaf meyilləri, istedadlı şagirdlərin aşkarlanması, həvəsləndirilməsi və onlara şərait yaradılması maraqlandırmır. Adam kabinet aşiqi,olub, telefon başında çıxarlarını qarşılamaqla məşğuldur. Necə ki, ondan əvvəlki təhsil şöbə müdiri də eynən həmin davranışı sərgiləyirdi.Daha kənd məktəblərinə getsin, şağirdlərin nizam-intizam işi ilə maraqlansın, siniflərdə istiliyin olub-olmadığını müəyyənləşdirsin kimi, idarəçilik metodu ona yaddır. Bu da bir yana,Mədət Zeynalov rayon təhsil şöbəsinə rəhbər gətirilər-gətirilməz məktəblərdə konfliktlər baş qaldırdı.Bir sıra məktəb direktorlarına "mesaj" göndərildi, Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin direktoru Mətanət Məmmədova 2 saat dərs hay-həşirinə qurban verildi, bir neçə aydır ki, Köhnə Qışlaq kənd orta məktəbinin direktoru Mahirə Əsədovanın da başı üzərində "qara buludlar" əsdirir.Yəqin elə zənn edir ki, o toxunulmaz qalacaq və bir gün uşaq bağçalarına verilən ərzağın 50/50-yə prinsipi ilə təminatına, məktəblərdə katibə ştatında işləyənlərin sistemə vurulmasına görə, "bir limon"un müəyyənləşdirilməsinin hesabı soruşulmayacaq.Eləcə də, rayon məktəblərində texniki işçilərin nə vaxtdan işlərinin başında olub-olmamaları və yaxud "kitabxana köməkçisi", "informatika lobarantı"nın necə xadiməyə çevrildiyi öyrənilməyəcək.Yəni, Regional Təhsil İdarəsinin müdiri Aslan Hacıyev, təhsil naziri Emin Əmurullayev olan yerdə heç kim, hətta Maliyyə Nazirliyinin müfəttişləri belə hər şeyə göz yumacaq?Bəlkə də hesab edilir ki, ştat vahidlərinə görə artıq ödəmənin olub-olmaması, təyinatdan yayındırma, dərs yükünün düzgün paylanılıb - paylanılmaması,siniflərdə aparılmalı olan kompleksləşmə, mərkəzləşmiş istilik sistemindən kənar məktəblərdə istilik üçün xərclənən vəsaitlərin miqdarı və s.vəsaitlərə dair maliyyə yoxlaması aparılmayacaq. Amma bəzən hər şey yazıldığı və proqnozlaşdırıldığı kimi də olmur.Gözlənilməyən hadisələr baş verə bilir.Necə ki,"2 saat dərsin pulunu məndən istədi" səs yazısı respublika ilə bir edildi və bu hadisə müəyyən araşdırmaların aparılmasına səbəb oldu. Bir müddət əvvəl isə xəbərlər yayıldı ki, məktəb direktoru Mətanət Məmmədovaya Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 (mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindəntəkrar istifadə etməklə törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindənsui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.Deməli, Ağstafa təhsili şəffaflaşdırılır və bu davamlı olacaqdır. Bu halda növbəti maliyyə yoxlaması bir az əvvəl yuxarıda qeyd etdiyimiz önəmli faktorları da əhatə etməklə, rayon təhsilinin daha şəffaf fəaliyyətini təmin etmək istiqamətində öz töhfəsini verəcəkdir.FAKTİNFO.AZ