Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Göyçay rayonu, Qaraxıdır kənd sakinləri Nəsirov İlqar İbrahim oğlu və Salehov Rəhman Mirhəşim oğlu tərəfindən “Hürriyyət”in elektron poçtuna şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçilərin məktunu dərc edirik:
“Hörmətli Prezident!
Yazaraq bildirmək istəyirik ki, həmkəndlimiz və eyni zamanda qohumumuz olan Həmidov Şamil Həmid oğlu ilə Mollayev Mehman Rasim oğlu əlbir olaraq dələduzluq yolu ilə bizdən ümimilikdə 4000 (dörd min) manat məbləğində pul mənimsəmişdir.
İlqar Nəsirov: “Qohumum Həmidov Şamil Həmid oğlu mənə bildirdi ki, Mehman Mollayev adlı hüquqşünas dostum var, yataq xəstəsi olan anana baxan kimi və ya öz xəstəliyinə görə həyat yoldaşının pensiyaya çıxmasına köməklik göstərə bilər". Beləliklə, 2019-cu ildə Mehman Mollayev yaşadığımız Göyçay rayonuna gəldi. Üçümüz birliklə məsələni müzakirə etdik. Mehman Mollayev 2000 (iki min) manat lazım olğunu bildirdi. Bundan sonra öncə sənədləri, daha sonra isə Bakı-Göyçay taksi sürücü vasitəsi ilə ona 1000 (min) manat məbləğində pul göndərdim. Təxminən 4 ay sonra o, mənə zəng edərək Göyçayda olduğunu bildirdi. Görüşdüyümüz zaman yenidən ona 1000 (min) manat pul verdim".
Rəhman Salehov: "Qohumum Həmidov Şamil Həmid oğlu mənə Mehman Mollayev adlı hüquqşünas dostunun olduğunu və övladımın haqqı olan pensiya ilə təmin olunmasına köməklik göstərə biləcəyini söylədi. O, məni Meman Mollayev adlı şəxslə tanış etdi. Mehman Mollayev mənimlə söhbət zamanı 3000 (üç min) manat verməli olduğumu dedi. Övladımın xəstəlik sənədlərini və üzərində də birinci dəfə 1000 (min) manat, 3 ay sonra isə onunla yenidən görüşərək, daha 1000 (min) manat pul verdim. Doğrusu, mən aldanılaraq verdiyim pulu Mollayev Mehman Rasim oğlundan deyil, bu işə vasitəçilik edən həmkəndlim Həmidov Şamil Həmid oğlundan tələb etdim. Çünki özünün zamin durduğuna məni əmin etmişdi.
İndi isə hər dəfəsində müxtəlif bəhanələr gətirir, 2000 (iki min) manat pulun hamısının Mehman Mollayevdə olduğunu bildirir. Mehman Mollayev isə pulu Şamil Həmidovla bölüşdürdüyünü iddia edir".
Şikayətçilər hadisədən sonra Göyçay Rayon Polis Şöbəsinə yazılı ərizə ilə müraciət ediblər.
“Cənab Prezident!
Nəzərinizə çatdırmaq istəyirik ki, dələduzluğu gündəlik həyatı üçün özünə peşə seçmiş Mollayev Mehman Rasim oğlu, həmçinin Göyçay şəhəri Heydər Əliyev prospekti 209 ünvanında yaşayan Rəhimova Validə Mahmud qızının və digər 3 nəfərin ümumilikdə 4000 (dör min) manat pulunu mənimsədiyinə görə, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 (Dələduzluq) maddəsi ilə başlanılmış cinayət işi üzrə Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırılma davam etdirilir.
Sizdən çox xahiş edirik, yuxarıda adı çəkilən, dələduzluq etmiş 2 şəxs barəsində qanunun müvafiq maddələrilə cinayət işi açılsın və bizə dəymiş zərərin tamamilə ödənilməsi təmin edilsin. Sizə öncədən minnətdarlığımızı bildiririk”, - deyə şikayətçilər yazırlar.
Jalə FAMİLQIZI
Hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.