AVTOMOBİLİNƏ SONU “010”-LA BİTƏN NÖMRƏ ALMAQ İSTƏDİ, DƏLƏDUZLUQLA ÜZLƏŞDİ – Naxçıvan sakini polis əməkdaşından şikayətçidir


Naxçıvan şəhər, Sədərək rayon sakini Əhmədov Sənani Etibar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Sənani Əhmədov Naxçıvan şəhər Dövlət Yol Polisindən şikayətçidir.

O, iddia edir ki, DYP nümayəndəsi Ravin adlı şəxslə dəfələrlə söhbətləşərək, “010”-la qurtaran dövlət nömrə nişanı almaq istədiyini bildirib. Lakin qarşı tərəf pulunu alsa da, həmin nömrəni verməyib:

“Ravin adlı DYP polisi mənə dedi ki, gətir dövlət rüsumu olan 400 AZN ödə, sənə istədiyin nömrəni verim. Mən şəhid ailəsiyəm, əslində bu nömrə mənə pulsuz verilməli idi. Yendə həmin məbləği Ravində verdim. Lakin o, pulumu alıb, nömrəni isə vermir. Xahiş edirəm, bu məsələni ictimailəşdirib, mənə kömək edəsiniz”, - deyə şikayətçi yazır.

Jalə FAMİLQIZI

P.S. Bu şikayətdən belə anlaşılır ki, Naxçıvan Muxtar Respublikasındakı mövcud vəziyyət bəzi məmurlar üçün hələ də keçərsizdir. Ona görə də, hər kəs öz bildiyini edir. Bəs, DTX MR-ə niyə gedib görəsən? Vətəndaşın şikayətini niyə əsasız sayırlar?!



Oxşar Xəbərlər

Xəbər lenti