8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Naxçıvan şəhər sakini Süleymanov İsa Hüseyn oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, “Kontakt Home” mağazalar şəbəkəsi ona xarab telefon satıb, geri qaytarmır:
“Mən, Süleymanov İsa Hüseyn oğlu, 10.05.2020- ci ildə “Kontakt Home” şirkətindən “Redmi 8” markalı telefon almışdım. Bir müddət keçdikdən sonra telefon xarab oldu. Zəmanət vaxtının bitməsinə bir neçə ay var idi. Telefonu servisə apardım, eyni vəziyyətdə geri qaytardılar. Bir neçə dəfə eyni problem üstündə yenidən servisə müraciət etdim. Hər dəfə eyni vəziyyətlə rastlaşdım.
“Kontakt Home” şirkətində, “problemlər şöbəsi”ndə Rəşad müəllimin qəbuluna girdim. O, mənə dedi ki, telefonun pulunu, yəni kreditini ödəməlisiz, ancaq 180 AZN keçə bilərik.
Bu telefon xarabdırsa, mən bu pulu niyə ödəməliyəm? Şirkət məni məhkəməyə verib, xəbərim olmadan hakim qarşı tərəfin xeyrinə qərar qəbul edib. Mənim xəbərim olmadan məhkəmə necə keçirilir? Dekabrın 4-də mənə bildiriş göndəriblər ki, borcunuzu hissə-hissə ödəyin.
Dəfələrlə “Kontakt Home” şirkətinə gedib deyirəm ki, telefon xarabdı, ya bunu dəyişin, ya da qaytarın. Bunlar insanları aldadıb zəmanət talonu veriblər, amma xarab, işlənmiş mallarına sahib çıxmırlar. Satdıqları xarab, işlənmiş telefona görə mənim əmək haqqımdan kredit borcum ödəniləcək. Həm telefonsuz qaldım, həm də pulum arada getdi. Mən dərdimi kimə deyim?
Çox xahiş edirəm bu məsələnin işıqlandırılması üçün mənə köməklik edəsiniz”.
“Kontakt Home” mağazalar şəbəkəsinin rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.
Jalə FAMİLQIZI
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.