“Peynirci baba”nın pendirdən uzaq fəaliyyəti - VİDEO

“Peynirci baba”nın pendirdən uzaq fəaliyyəti
Son vaxtlar sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən “Peynirci baba” adlı mağazaların reklamına çox rast gəlirik. Həmin mağazalar şəbəkəsi artıq fəaliyyətini genişləndirərək, şəhərin bir neçə yerində öz filiallarını açıb. Təqdimatdan belə qənaətə gəlinir ki, bu adda olan mağazalarda tam fərqli çeşiddə, əsasən Türkiyədən gətirilən orqanik məhsullar satılır. Adından belə başa düşülür ki, mağazada satılan daha çox Türkiyədən gətirilən müxtəlif sort pendirlər olmalıdır. Azinforum.az olaraq bu gün şəbəkənin “Baku Mall”dakı filialında olduq və müşahidələrimizi sizinlə bölüşmək istərdik.

Mağaza səliqəlidir, yaxşı personalı var. Ancaq satılan məhsulların sırasında ən az olan elə pendirdi, qiyməti də çox baha. Əzmə və zeytun növləri çoxdur. Qalan məhsullar isə digər böyük marketlər şəbəkəsində satılan türk istehsalı olanlardı. Hətta qiymətlər burada digər yerlərdən bahadır.

Bir sözlə, pendir satışı adı ilə geniş şəkildə reklamı aparılan mağazanın adını brendləşdirib, müştəri yığdıqdan sonra indi içərisində əsasən digər mağazalarda olan Türkiyə məhsullarını satırlar. Mağaza bizi qeyri-adi heç nəyi ilə təəccübləndirmədi. Bir neçə növ əzmə və künəfə alıb, oranı tərk etdik. Azərbaycanın ən çox ticarət dövriyyəsi Tükiyə ilədirsə, deməli, həmin ölkə istehsalı olan məhsulların hər yerdə satıla biləcəyi də təbiidir. Yaxşı olardı ki, “Peynirci baba” adına uyğun işlə məşğul olub, çoxlu sayda Türkiyə və digər ölkələrin istehsalı olan pendir növlərini müştərilərə təqdim etsin.
Bunu qərəzimiz kimi yox, məsləhətimiz kimi qəbul etsinlər. Allah bazar versin!
Azinforum.az



Oxşar Xəbərlər

Xəbər lenti