“Caspian İnternational Hospital"da nöqsanlar aşkarlandı, məhkəməyə verildi


Bakı şəhəri, Badamdar qəsəbəsində fəaliyyət göstərən "Caspian İnternational Hospital”da keçirilən yoxlama zamanı pozuntular aşakarlanıb.

Sozcu.info xəbər verir ki , yoxlama zamanı məlum olub ki, "Caspian İnternational Hospital” verilmiş lisenziyada göstərilən işlərdən kənar tibb fəaliyyəti həyata keçirib. Nöqsanlara görə hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 maddəsi ilə protokol tərtib edilib.

Qeyd edək ki, bu maddədə tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslərin üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslərin səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslərin altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə 21.02.2023-cü ildə keçiriləcək məhkəmədə fakt təsdiqini taparsa, "Caspian İnternational Hospital” 8 min manata kimi cərimə ediləcək.

Xatırladaq ki, "Caspian İnternational Hospital” MMC-nin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur. Açıq mənbələrdə Kamran Məmmədovun adına yalnız "Zoominfo” axtarış sistemində rast gəlinir. Burada o "Arash Medical Company”nin direktoru kimi təqdim edilib.\\AMİA.AZ



Oxşar Xəbərlər

Xəbər lenti