8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Coşqun Məmmədov
Şikayətçi Gültəkin Həsənova bildirir ki, qızı Aynelin əməliyyatı 2021-ci il dekabrın 3-də baş tutub və təxminən 9 saat davam edib: “Coşqun Məmmədovun əməliyyat qarşılığında bizdən istədiyi pulu qəpiyinə kimi ödədik. Evimi satdım, borca girdim, “əsas uşağım sağ olsun” dedim. Coşqun həkimə başqa həkimlərin verdiyi rəyləri də göstərdim. Dedim ki, həkimlər deyirlər əməliyyat olmaz. O, mənə dedi ki, başımla cavabdehəm, siz pulu verin, biz əməliyyata başlayaq.Gültəkin Həsənova deyir ki, məsələ ilə Baş Prokurorluğa da müraciət edib: “Baş Prokurorluq Coşqun Məmmədovun qaçdığını, axtarış verildiyini, amma tapılmadığını qeyd edir. Mən pul istəmirəm, heç pulda gözüm də yoxdur. Mən istəyirəm ki, Coşqun həkim gəlsin, qanun qarşısında cavab versin. Xahiş edirəm səsimin cənab Prezidentə çatması üçün mənə köməklik göstərin. Bəlkə başı çıxan bir həkim olar, uşağın bu halına az da olsa yardım edən tapılar.Əməliyyatdan sonra xəstəxananın bütün kamera görüntüləri silinib. Əgər Coşqun həkimdə günah yox idisə niyə kameraları sildirdi, niyə qaçdı? Deyilənə görə, Almaniyada məskunlaşıb. Sonradan öyrəndik ki, onurğa beyin əməliyyatı çətin əməliyyat olduğuna görə, 7-8 həkimin məsləhətinə ehtiyac duyulur. Coşqun həkim nəyinə güvənib belə qərar verib, bilmədik”.
Qeyd edək ki, məsələ ilə bağlı ADP sədrinin müavini, tanınmış həkim Həsrət Rüstəmovun fikirlərini də öyrəndik: “Məsələ budur ki, uşaqda ciddi onurğa defekti olub, həkim əməliyyat etməklə üzərinə böyük risk götürüb. Məsələnin tibbi tərəfi budur ki, burada təbabətin qızıl qaydası pozulub: bu qaydaya görə əməliyyat riski həmişə həyat riskindən aşağı olmalıdır. Başqa cür desək: fayda verə bilməyəcəksənsə, zərər də verməməlisən. Amma başqa tərəfdən əməliyyat qərarı istənilən halda xəstənin özü və ya yaxınları ilə birlikdə verilir. Ona görə də həkimi birmənalı olaraq günahlandırmaq o qədər də doğru deyil. Həkimin günah payını dəqiq müəyyən etmək üçün ətraflı tibbi ekspertiza aparılmalədır. Bu zaman həm xəstə yenidən ətraflı müayinə olunmalı, həm də indiyəqədərki bütün tibbi sənədlər incələnməlidir”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.