Ayağı kəsilən oğlanın anası: Anlamıram, Gəncə Prokrorluğunun bu işi ört-basdır etməkdə məqsədi nədir?


Gədəbəy rayonu, Novasaratovka kənd sakini İsmayılova Məlahət Hümbət qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Gəncə şəhəri, 3 nömrəli dövlət xəstəxasında işləyən travmatoloq cərrah Məharət həkimdən şikayətçidir. O iddia edir ki, oğlunun ayağının səhv bitişməsinin səbəbkarı sözügedən həkimdir:

“Mən, Gədəbəy rayonunun Novasaratovka kənd sakini İsmayılova Məlahət Hümbət qızı, yazaraq sizdən xahiş edirəm ki, bir ana kimi məni başa düşüb şikayətimi işıqlandırasınız.

Oğlum Cavadov Devranı 3 il bundan qabaq at vuraraq diz nahiyyəsinin yuxarı hissəsindən qırmışdır. Dərhal oğlumu Gəncə şəhərində yerləşən 3 nömrəli dövlət xəstəxanasına apardım. Orada bizi travmatoloq cərrah Məharət həkim qəbul etdi. Bizdən 800 AZN pul alaraq uşağın ayağını gipsə qoydu və dedi ki, narahat olmayın, hər şey yaxşıdır.

Gips açıldıqdan sonra gördük ki, ayağı düzgün gipsə qoymayıb və sümüklər əyri bitişib. Yenidən onun yanına gəldik. Bu dəfə isə bizə dedi ki, gətirin 1800 AZN verin, əməliyyata salaq, mil qoyaq.

Yenə bu saxta həkimə inanıb, onun dediklərini etdik. Əməliyyat zamanı səhlənkarlıq nəticəsində oğlumun ayağını 20 sm kəsərək qısaltmışdır.

Oğlumun 35 yaşı var. Oğlum savadsız, qeyri-peşəkar həkimin səhlənkarlığı icbatından əlil qalıb. Müraciət etmədiyim orqan qalmıyıb, hara gedirəm, sözümü kəsib göndərirlər.

Sizdən artıq dərəcədə xahiş edirəm, səsimi Prezident Aparatına, Mehriban xanıma çatdırın.

İş Gəncə Şəhər Prokurorluğuna verilir, orada marağı olanlar bu işə baxmırlar. Xahiş edirəm, bizə kömək edin”.

Məsələ ilə bağlı Gəncə Şəhər Prokurorluğu ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. Baş Prokurorluğun 196 çağrı mərkəzində isə 2 saat gözləmədə qaldığımız üçün məlumat verə bilmədik.

Jalə FAMİLQIZI

Redaksiyadan: Bu, bir iddiadır. İddianın nə qədər doğru və yanlış olduğunu biz deyə bilmərik. Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.




Oxşar Xəbərlər

Xəbər lenti