İşçilərinizin Qarabağ Qazilərinə münasibətlərindən XƏBƏRİNİZ VARMI? - ETİRAZ

İşçilərinizin Qarabağ Qazilərinə münasibətlərindən XƏBƏRİNİZ VARMI?
DİA.AZ: - ""COVİD-19" pandemiyası ÜST-ün qərarı ilə dünyada zəiflədiyi bildirilib, şəxsi gigiyenaya əməl etməklə, çoxsaylı insanın iştirak etdiyi tədbirlərin qapalı şəraitdə keçirilməsinə icazə verilib. Azərbaycanda da cənab Prezidentin tapşırığı ilə qrafik tutulub, vəzifəli şəxslər regionlarda, yerlərdə qəbullar keçirirlər". DİA.AZ bildirir ki, bunu öz açıqlamasında tanınmış jurnalist Tapdıq Abbas qeyd edib.
Jurnalistb daha sonra bildirir: "Bakıda isə bəzi dövlət və ictimai təşkilatların rəhbərləri, vətəndaşların qəbulu kimi, çox vacib tədbiri pandemiya bəhanəsilə keçiməkdən imtina ediblər!..
Bu dövlət orqanlarının və ictimai təşkilatların rəhbərləri sanki, rəhbər işlədikləri orqanları dədələrinin arxa baxçası hesab edirlər və bu orqan rəhbərlərinin vətəndaşların qəbulundan imtina etmələrinə yuxarı dövlət orqanlarının niyə göz yumduqlarının səbəbini heç kim hələ də anlaya bilmir?!..
Məsələn, vətəndaşların çoxsaylı şikayətlərindən məlum olur ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində və onun regionlarda fəaliyyət göstərən Regional orqanların rəhbərləri, o cümlədən TƏBİB-in təyin etdiyi xəstəxana direktorları və bir sıra dövlət orqanlarının məsul şəxsləri nəinki vətəndaşları, hətta Qarabağ müharibə veteranlarını, əlilləri, şəhid ailələrini belə qəbul etməkdən imtina edirlər!..
Xalqa qarşı bu cür qanunsuz, kobud rəftar etməklə, onlar insanları dövlətdən narazı salır və ölkə Prezidentinin vətəndaşların qəbul haqqında mövcud Sərəncamını heç nədən çəkinmədən pozurlar!
Bu cür yanlış hərəkət edən vəzifəli şəxslərin bu qanunsuzluğunu yalnız bir məqsədə xidmət etmələrilə bağlamaq mümkündür - ölkədə mövcud olan vətəndaş məmnunluğunu pozmaq, cəmiyyətdəki gərginliyi gücləndirmək və bu mühitdərüşvət və korrupsiya vasitəsilə ölkədə baş verən dağıdıcılığı genişləndirmək!...
İki dövlət orqanını misal göstərməklə, vətəndaşları qəbul etməkdən imtina edənlərin yalnız 2 təşkilat olduğunu qeyd etsəm də, bu dairəyə daxil olan dövlət orqanları və ictimai təşkilatların sayı çoxdir..."



Oxşar Xəbərlər

Xəbər lenti