8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Cəmiyyətimiz daha bir eybəcərliklə üz-üzədir. Sosial şəbəkələrdə açıq-aşkar döl üçün “SPERM” və “FOLEKUL” alverinin elanları paylaşılır.Sozcu.info bildirir ki, bu barədə sosioloq Lalə Mehralı Bizim.Media-ya danışıb:“Bu işlə məşğul olan həkimlərin sosial şəbəkədəki reklamlarında qadınlara 10 gün ərzində 500-800 manat qarşılığında folekul donor olmaq təklif edilir. Hətta bunun üçün açıq şəkildə donorluğa uyğun olan kriteriyalar da göstərilir. Yəni ailə klinikaya gəlir, ya ataya, ya da anaya oxşar bir donordan folekul, ya da sperma götürülməsini tələb edir, bunun müqabilində böyük məbləğdə pul ödəyir. Həkim də çıxır pasiyentlərinə oxşayan donor ovuna çıxır. Doğulacaq uşaq valideynlərdən birinə bənzəməlidir ki, ətrafı süni mayalanma zamanı donordan istifadə edilmədiyini düşünməsin”.Sosioloq yumurta hüceyrələri alverinin daha çox sosial şəbəkə xüsusən də instaqram üzərindən aparıldığını deyir:“Qadın səhifələrində pusquya yatan həkimlər və ya assisentləri qəpik-quruşa əldə etdikləri yumurtaları sonsuzluq problemi olan qadınlara 4 və ya 5 qat baha qiymətə satır. Səhifələr bu işin qanuni olduğunu bildirirlər. Ancaq əslində bu, insan alverinin bir forması sayılır. Yəni qanunlarımız ödənişli donorluğu qadağan edir. Qanun donor olmağa könüllü və pulsuz şəkildə olması halında icazə verir. Folekul və sperma donorluğu isə 1 dəfədən çox olmamaq şərti ilə həyata keçirilməlidir. Folekulların köçürülməsi süni mayalanma deməkdir. Süni mayalanma xidmətinin reklam olunması, paylaşılması isə reklam haqqında qanunvericiliyə görə qadağandır”.Sosiloq bildirir ki, indi paytaxtımızın bəzi klinikalarının qarşısında özlərinin sperma və folekulunu satan adamların sayı getdikcə artmaqdadır.“Bu ağrılı prosesdə hər kəsi düşündürəcək bir neçə məqam var. Bunlardan biri qanunsuz orqan alveridir. Digəri isə folekuldan, spermdən doğulacaq uşaqların gələcəyidir. Bax, ən qorxulu məqam da məsələnin ikinci tərəfidir. Folekul+sperma satan unudur ki, süni mayalamadan doğulan övladı ilə gələcəkdə yolları kəsişə bilər:“Belələrinin təsadüfən gələcəkdə evlənməyəcəyinə heç bir təminat yoxdur. Bu gedişlə, yaxın gələcəkdə bacı-qardaş evliliyi qaçılmaz olacaq. Bu işlərə çoxdan əl atmış həkimlərin sayəsində bəlkə də artıq bu baş verib, xəbərimiz yoxdur”.Lalə Mehralı onu da qeyd edib ki, bu cür alverçi həkimlər donorları aldadır, bunun heç bir zərəri olmadığını, təhlükəsiz, təbii prodsedur olduğunu deyirlər:“Amma yalan danışırlar. Əgər folekul satmağa qərar versəniz sizə onun yetişməsini sürətləndirəcək hormonal iynələr vurulacaq. Çünki bu işlə məşğul olan həkimlər 1 folekulla kifayətlənmirlər, işdir, əgər birdən mayalanma getməsə ödənilən pul boşa getməsin deyə ehtiyat folekullar götürülür. Donora vurulacaq hormonal iynələrlə ən azı 2-3, bəzən daha çox folekul yetişdirilir. Yəni sizə 1 folekul götürüləcəyini deyib müqabilində 500-700 manat ödəyib əslində 3-5, bəlkə də daha çox folekul götürürlər. Həmin an qadın dərmanla yatırdılmış olur və prosesdən xəbəri olmur. Əldə edilən hər folekulu ayrı-ayrı pasiyentə satan həkimlər qaz vurub qazan doldururlar”.Bəs, bu özbaşnalıq hansı hüquqi məsuliyyət yaradır?Sualı cavablandıran hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, belə hallara Cinayət Məcəlləsinin 137-ci maddəsi şamil edilə bilər:“Bu maddəyə görə insan orqanlarının, toxumların alqı-satqısı və qanunsuz donorluq haqqında konkret məsuliyyət müəyyən edilib. Burda həm 6 min manatdan 9 min manatadək cərimə, 2 ilədək islah işləri, ya da ki, 3 il müddətində müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 3 ilədək həbs nəzərdə tutulub. Hesab edirəm ki, haqqında danışdığımız əməllər CM-nin 137.1 maddəsinə düşə bilər. Doğrudan da belə neqativ hallarla bağlı biz çoxlu məlumatlar alırıq. Amma bu əməllərə görə kimlərinsə məsuliyyətə cəlb edildiyi barədə KİV-lərdə hər hansı bir məlumata rast gəlinmir”.