ŞAHDAĞ MİLLİ QORUĞUNDA CEYRAN OVU… - Göyçay sakini ölkə rəhbərliyinə müraciət etdi / VİDEO


ölkə rəhbərliyinə müraciət etdi / VİDEO

2023-05-05 12:17:00

ŞAHDAĞ MİLLİ QORUĞUNDA CEYRAN OVU… -  Göyçay sakini ölkə rəhbərliyinə müraciət etdi / VİDEO

Göyçay rayonu, Şahsoltanlı kənd sakini Zülfiqarov Qüdrət Əlisan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə, İqtisadi İnkişaf naziri cənab Mikayıl Cabbarova müraciət edib:

“Hörmətli Prezident!

Hörmətli nazirlər!

Mən, Göyçay rayon Şahsoltanlı kənd sakini Zülfiqarov Qüdrət Əlisan oğlu, yazaraq sizə bildirirəm ki, özümə məxsus fermer təsərrüfatım var və heyvandarlıqla məşğul olaraq bir neçə ailəni işlə təmin edirəm.

Bizim ərazi quraqlıq olduğu üçün mənə məxsus heyvanları hər il yay aylarında İsmayılll rayonu Şahdağ Milli Qoruğuna yaxın ərazidə yerləşən, rəsmi çıxarışla mənə məxsus olan yay otlaq sahələrinə aparıram. Həmin ərazidə qonşum, Göyçay rayonu Qarayazı kənd sakini Ağayev Ərziman Zeynal oğlu saxta və kökü olmayan sənədlərlə yaylaq ərazisi əldə edib. Ərziman Ağayev hər il orada olanda, adları qırmızı kitaba düşmüş müxtəlif növ ağacları kəsərək, təbiətə külli miqdarda maddi zərər vurur.

Ərziman Ağayev vaxtilə torpaq şöbəsində işləyən həmkəndlisi Nofəl Fərzəliyevdən qanunsuz yollarla bazada qeydiyyatda olmayan saxta müqavilə əsasında həmin yay otlaq sahəsinə getmək üçün hər il yol xəritəsi alır. Bu isə tamamilə qanunsuzdur. Mənim buna dair sübutlarım var. Hər il onun yaylaq ərazisində təbiətə vurduğu zərərə görə mən müxtəlif problemlər yaşayıram.

Keçən il Şahdağ Milli Qoruğuna məxsus bir baş ceyranı oğlu Əhliman Ağayev tüfənglə vurub öldürmüşdür.

Cənab Prezident!

Ərziman Ağayevin Şahdağ Milli Qoruğuna və təbiətə vurduğu zərərləri nəzərə alıb, onun müqaviləsinin ləğv edilməsi məqsədə müvafiqdir. Bu isə Ekologiya Nazirliyinin və rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilindədir. Onun təbiəti necə məhv etdiyini sübut edən görüntüləri video sübut olaraq təqdim edirəm”.

Şikayətçinin redaksiyamıza göndərdiyi videonu oxuculara təqdim edirik:

 

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




Oxşar Xəbərlər

Xəbər lenti