Sosial şəbəkələrdə çox yayılan bu foto barədə DİN-dən AÇIQLAMA


Bir neçə gündür sosial şəbəkələrdə dəmiryolu xətti üzərində hasarın çəkilməsini əks etdirən foto yayılıb. İddialara görə, görüntü Gəncədə lentə alınıb.

Sozcu.info xəbər verir ki, Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.

Belə ki, qurumun Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bu fotonun Azərbaycanda çəkilmədiyini açıqlayıb:

"Fotoşəkil Azərbaycanda çəkilməyib. Araşdırmalarla məlum olub ki, fotoşəkil 2 gün öncə xarici ölkələrdən birinin sosial şəbəkə seqmentində yayılıb".



Oxşar Xəbərlər

Xəbər lenti