26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
44 saylı Şəhər Poliklinikasının Baş tibb bacısı Aygün Qarayevanın səs yazısı Abzas Media-ya göndərilib. O, keçmiş prezident Heydər Əliyevin yubileyi ilə əlaqədar tibb işçilərindən pul istəyir.“Heydər Əliyevin yubileyi ilə əlaqədar olaraq divarda şəkillər asılacaq, onu sifariş veriblər. Tibb bacıları 10 manatdan, sanitar işçilər 5 manatdan, həkimlər də 20 manatdan gətirsinlər” – A.Qarayeva səs yazısında deyib.Tibb bacısı Abzas Media-ya bildirib ki, bu məsələni böyütmək lazım deyil:“Mən sizdən çox xahiş edirəm... Necə lazımdır, nə təhər lazımdır həll edək məsələni. Belə böyütmək lazım deyil”. //Abzas Media//