Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi sudan qazanc əldə edir...- VİDEO


Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov yenə öz bildiyini edir. Bununla bir neçə dəfədir ki, Goranboy rayon sakinləri Prezident İlham Əliyev cənablarına, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova şikayət etsələr də, hələ ki, problem öz aktuallığını saxlayır.

Goranboy rayon sakinləri torpaq sahələrini çox əziyyətlə sulayırlar. Bunun da, səbəbini Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovda olduğunu qeyd edirlər.

Rayon sakinləri bildirir ki, Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovdan, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılova edilən şikayətlərin də nəticəsi olmayıbdır. Qəsəbədə yaranmış su problemi ilə dəfələrlə Prezident İlham Əliyevə ərizə və şikayətlər göndərmişik. Lakin qəsəbə sakinlərinin şikayətlərinə baxılması təmin olunmayıbdır.

Qızılhacılı qəsəbəsinin sakinləri bildirir ki, Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov qəsdən su qıtlığı yaradır, bunun qarşılığında qazanc əldə edir.

Sakinlərin sözlərinə görə, Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov bildirir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev həmin "bazar"dan xəbəri var. O, əlavə edib ki, adıçəkilən şəxslərin də "paylar"ını sa çatdırır.

Goranboy rayon sakinləri Prezident İlham Əliyev cənablarına müraciət edib, köməklik istəyirlər.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Videoları olduğu kimi təqdim edirik. 

 

Gəncə müxbiri Azər



Oxşar Xəbərlər

Xəbər lenti