ŞABRAN SAKİNİ 2 QARDAŞI TƏRƏFİNDƏN DÖYÜLDÜ - ​​​​​​​Kəmalə İsgəndərova: “Yoldaşıma qarşı cinayət işinin arxasında polis rəisi dayanır”


facebook sharing button
twitter sharing button
email sharing button
whatsapp sharing button
sharethis sharing button
2023-06-20 13:40:00

ŞABRAN SAKİNİ 2 QARDAŞI TƏRƏFİNDƏN DÖYÜLDÜ - ​​​​​​​Kəmalə İsgəndərova: “Yoldaşıma qarşı cinayət işinin arxasında polis rəisi dayanır”

Şabran rayonu, Sülh küçəsi, ev 6-da yaşayan İsgəndərova Kəmalə Kamil qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, yoldaşı İsgəndərov Eynulla İsgəndər oğlu 2 qardaşı tərəfindən ölümcül döyülüb:

"Mən, İsgəndərova Kəmalə Kamil qızı, yazaraq sizdən xahiş edirəm ki, bizim problemimizi işıqlandırasınız.

Məlumat üçün bildirim ki, 2 qaynım və polislər bizim başımıza olmazın oyunlar açırlar.

Deməli, yoldaşım İsgəndərov Eynulla 24.03.2023-cü ildə 2 qardaşı tərəfindən ölümcül döyülüb. Səbəbi isə odur ki, 1 baş heyvanımız hörükdən acılaraq, onların həyətinə girib.

Yoldaşım evə gələndə qızım onun vəziyyətini görərək, dərhal DİN-in 102 xidmətinə xəbər verdi. Müstəntiq Ferzəliyev Müşviq evə gələrək yoldaşımdan və övladlarımdan izahat aldı. Müstəntiq yoldaşımın üzündəki və boynundakı qızartını, qanı və üzərinin palçıq olduğunu öz gözləri ilə gördü. O, evdən çıxar-çıxmaz yoldaşım huşunu itirdi. Təcili yardım çağırdıq, müdaxilə etdilər.

25.03.2023-cü il tarixdə yoldaşımın vəziyyətinin yaxşı olmadığını görüb, onu təcili yardımla xəstəxanaya apardıq.

27.03.2023-cü ildə göndərişlə Qusar xəstəxanasında MRT (Maqnit Rezonans Tomoqrafiya) aparatından keçdi və bu zaman məlum oldu ki, baş-beyin sümüyü sinib və beynində qansızma əmələ gəlib.

Bundan sonra yenidən Şabran rayon xəstəxanasına getdik və həkim Orucov Azad yoldaşımı müalicə etməyə başladı.

Beyninə qan sızdığını bilə-bilə, həkim Orucov Azad yoldaşımı öz özəl klinikasına fizioterapiyaya göndərdi. 2 gün masaj aldıqdan sonra vəziyyəti daha da pisləşdi, ölümcül hala düşdü. Nəhayət, vəziyyəti ağır oldugu üçün TƏBİB-in təcili yardım maşını ilə Neyrocərrahiyə Xəstəxanasına çatdırıldı. Burada həkim tez əməliyyat otağına saldı və 5-6  saat baş-beyin əməliyyatı oldu.

Yoldaşım 15 gün xəstəxanada yatdıqdan sonra evə gətirdik. Həmin vaxt müstəntiq Fərzəliyev Müşviq də evə gəlib-gedirdi. Lakin yoldaşımın vəziyyəti ağır olduğundan, o, izahat ala bilmirdi.

Sonra o, qızımdan və məndən izahat aldı. Mən istəyirdim ki, biz yox, yoldaşımın özü olanlara izahat versin.Amma müstəntiq bizi məcbur edərək, izahat aldı. Bizə deyirdi ki, bu məsələyə görə prokuror məni tələsdirir, işi təhvil verməliyəm.

Yoldaşım 14 il idi ki, insult xəstəsi idi, amma ayaq üstə gəzir, təsərrüfat işləri ilə məşğul olurdu.

Şabran Rayon Polis İdarəsi cinayətin üstünü bağlayaraq, yoldaşımın guya “qolunun əzilməsi səbəbindən” xəstəxanaya daxil olduğunu, MRT-dən imtina etdiyini iddia ediblər. Bir sözlə, ərizəni tamamilə dəyişdirib bizə yolladılar.

Onu da bildirim ki, yoldaşım 1993-ci ildə Kəlbəcər rayonu Murovdağ döyüşlərinin iştirakçısı olub. Düşmən gülləsindən ölməyib, amma öz doğma qardaşının gülləsinə tuş gəlib.

Harınlamış məmurların oyunundan canımızı qurtara bilmirik. Yoldaşımı döyən şəxslər Sərxan və Sahil Salmanov qardaşları isə əllərini-qollarını sallayaraq, sərbəst gəzirlər. Onlar polis rəisi olan Cəmil müəllimin arılarını saxlayırlar. Bu səbəbdən də Cəmil müəllimin hesabına azadlıqdadırlar. Adını da qoyublar ki, guya, Sahilin əlində “dəlilik kağızı” olduğu üçün toxunulmaz sayılır. Sərxan da arılara səbəb azadlıqdadır.

Yəni yoldaşıma qarşı cinayət işinin arxasında Cəmil müəllim və Şabran polisi dayanır”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti