8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Göyçay rayon sakini, Vətən müharibəsi qazisi Axundov Araz Azər oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevə, eləcə də digər aidiyyəti qurumlara müraciət edir:
"Mən, Göyçay rayon sakini Axundov Araz Azər oğlu, Vətən müharibəsi qazisiyəm. Müharibədə yaralansam da, əlillik dərəcəsi ala bilməmişəm.
Tərxis olunandan bəri heç yerdə işləmirəm. Dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətinə müraciət etsəm də, məni işlə təmin etmirlər.
Bundan öncə verdiyim şikayətdə Hikmət Süleymanov tərəfindən incidildiyimi qeyd etmişdim, lakin onun haqqında heç bir tədbir görülmədi. Doğrusu, Hikmət Süleymanovun qəbuluna düşən zaman Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyevin kabinetinə girmişdim. Təəssüflər olsun ki, o da heç bir köməklik göstərməmişdi. Mühafizə polisindən 5 (beş) manat pul yollayaraq, "Mənim buna gücüm çatır", - demişdi.
Mən onun belə edəcəyini gözləmirdim. Sanki o, ağadır, mən isə onun qapısında dilənən dilənçi.
Xahiş edirəm, imkan verməyin ki, Azərbaycanın bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxs düşmənin önündə əyilmədiyi halda, bəzi məmurlar qarşısında mənən sınsın, pərişan olsun.
Onu da vurğulayım ki, Göyçay Rayon İcra Hakimiyyəti başçının birinci müavini həmin gün mənə xeyli ərzaq yardımı göstərmişdi. Sonuncu video müraciətimdə isə müalicələrim üçün yardım istədim. Şübhəsiz ki, rayon rəhbərliyi dəstək olmadı. Bankdan 1000 (min) manat kredit götürərək müalicələrimə xərclədim. Əvvəlkinə nisbətən səhhətimdə ağrılar azalıb. Di gəl, müalicələrimi mütləq şəkildə davam etdirməliyəm.
Hazırda o qədər çarəsiz durumdayam ki, nə edəcəyimi özüm də bilmirəm. Anam ağır xəstədir. Adam nə qədər məmur qapısında dilənər?! Artıq insanlara ağız açmaqdan utanıram.
Göyçay Şəhər Təsərrüfatı Birliyində kommunal işlər mövcuddur. İstənilən sahədə çalışa bilərəm. Mətbuat vasitəsilə aidiyyəti qurumlardan və Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevdən xahiş edirəm, sözügedən idarədə işlə təmin olunmağıma köməklik göstərəsinlər".
Jalə FAMİLQIZI