8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Sabirabad rayonunun Bulaqlı kəndindəki 350 kvadrat metr torpaq sahəmdə Şəhərsalma Komitəsinin sədri Anar Quliyev tikinti tikməyə imkan vermir”.
Hurriyyet.az xəbər verir ki, bu barədə Sabirbada rayon sakini, jurnalist Həsrət Rüstəmov redaksiyamıza müraciətində bildirir:
“Mən, Həsrət Rüstəmov, Sabirabad şəhər sakiniyəm, 57 yaşım var, ailəliyəm, 30 ildir mətbuatda çalışıram.
Dəfələrlə Komitəyə layihə çəkdirib göndərmişəm, hər zaman imtina, rədd cavabı almışam.
Heç bir yerdən gəlirim yoxdur, orada özümə çörəkpulu qazanmaq istəyirəm. Dəfələrlə aidiyyəti orqanlara müraciət etmişəm, heç məktubuma cavab belə yazmayıblar.
Xahiş edirəm ki, bu problemi işlqlandırasınız, bəlkə qeyrətə gəlib mənə maneə olmadılar”.
Hurriyyet.az