Göyçay Yol Polis Şöbəsində avtoxuliqanlara cəza tədbiri görülmür…


Yol nəqliyyat hadisələrinin heç də hamısının səbəbi yüksək sürət deyil.  

Sürücülərin yol hərəkət nişanlarının tələblərin bilməməsi və sürücülük vəsiqəsi almaq üçün, imtahan verib nəticələri məqbul olmayan sürücülük vəsiqəsi sahibləridir ki, bu gün çoxsaylı qəzalar törədirlər.

Bunun da günahı sürücülük məktəbinin, "MERO" deyilən BDYP-İdarəsinin tabeçiliyində olan qeydiyyat-imtahan və texniki baxış şöbəsidir.

Belə ki, imtahan nəticələri məqbul olmayan, sürücülük məktəbinə adını yazdırıb bir dəfədə olsun sürücülük məktəbinə gedib yol hərəkət qaydaları izah olunmayan, nəticədə sürücülük vəsiqəsini, qeydiyyat-imtahan və texniki baxış şöbəsində əldə edən vətəndaşlarımızdır ki,  yol qəzasının qurbanı olurlar.

Axı bu nəqədər davam edəcəkdir?

Bununla bağlı çoxsaylı yazılarımız dərc olunubdur. 

Hətta BDYP-İdarəsinə şəxsən bölgə müxbiri olaraq sorğu göndərmişəm. İzah olunan problemlərə uydurma bir təkzib yazılıbdır.

DYP-İdarəsində ilk ağıla gələn qeydiyyat-imtahan və texniki baxış şöbəsidir ki, problemlər pik həddədir.

Qeydiyyat-imtahan və texniki baxış şöbələrində maşınların yararsız olduğu halda, onların texniki baxışlarını məqub edərək, kobud qanun pozuntusuna yol verilir. 

Yevlax rayon 7, Gəncə Şəhər 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış  şöbəsini misal göstərmək olar.

Son zamanlar sürücülük vəsiqəsini alan şəxslərin, texniki baxışdan keçən maşınların siyahısı yoxlanılsa yazılanlar təsdiqini tapar.

Ötən yazılarımızda "Göyçay rayon Dövlət Yol Polis Şöbəsinin, şəhər ərazisində  avtoxuliqanlıq edərək ictimai-asayişi kobud şəkildə pozan və bununla da vətəndaşların narazılığına səbəb olan sürücülər haqqında cəza tədbiri görülmür", başlıqlı yazı dərc etmişdik. 

Qeyd etmişdik ki, Göyçay şəhərində "Qarabağ Qazisi" adı altında avtoxuliqanlıq edin bir neçə şəxs var. Sözügedən  avtoxuliqanlar bir çoxu “sovet maşınları”nın qabaqlarını qaldıraraq, arxa hissələrinin "purjun”larını kəsirlər, səsgücləndirici siqinallardan istifadə edərək, şəhər əhalisinin ictimai-asayişini pozurlar.

Belə olan halda Göyçay rayon Yol polis şöbəsinin əməkdaşları reydlər zamanı sürücülük qaydalarını pozan sürücülərdən bir neçə yol qaydaları haqqında sual versələr ki, yol nişanları nəyi işarə edir və ya digər sürücülük imtahanına düşən suallardan vətəndaşlardan izahını alsalar, o zaman aydın olar ki, imtahanları məqbur olmayan sürücülər var.

Onlar da Göyçay rayonunda yol hərəkət qaydalarını pozurlar, maşınlarda gücləndirici siqinallardan istifadə edirlər, avtoxuliqanlıq edərək, şəhər əhalisinin narazılığına səbəb olurlar, hətta piyada keçid zolaqlarında vətəndaşların gediş-gəlişinə maneələr törədirlər. 

Lakin bizim bu yazımıza Şəki Regional Polis İdarəsindən gülməli bir açıqlama verdilər. Guya ki, biz qərəzli yazı dərc etmişik, belə hallar mövcud deyil.

Buna sübut üçün misal göstərə bilərik ki, 24.06.2023 il tarixdə Göyçayda iki  "VAZ 2107" markalı avtomobillə "VAZ 21011" markalı nəqliyyat vasitəsi toqquşması zamanı, hadisədən 3 nəfər xəsarət alması Hürriyyət.az da Göyçay Yol Polis Şöbəsindən yazılanların doğruluğunu təsdiq edir.

Ölkənin böyük şəhərlərində həmçinin rayonlarında, hər bir yanında - dayanacaqlarda, qovşaqlarda, işıqforlarda, piyada keçidlərinin hər bir tərəfində kameralar olduğu halda, avtoxuliqanların cəzasız qalması sual altındadır.

Mövzuya qayıdacayıq…

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq…

Gəncə müxbiri Azər



Oxşar Xəbərlər

Xəbər lenti