Mərkəzi Klinika Gəncə Xəstəxanasının həkiminin ÜNVANINA AĞIR İTTİHAM


Təvəkkül Bayramov: "Ramis Hüseynovun səhlənkarlığı ucbatından 2-ci qrup müddətsiz əlil olmuşam"

Bu gün Sozcu.info-ya müraciət edən Tovuz rayonu, Əyyublu kənd sakini Təvəkkül Yaqub oğlu Bayramov Mərkəzi Klinika Gəncə Xəstəxanasının həkimi Ramis Hüseynovu ittiham edərək, onun ucbatından əlil olduğunu bildirib.

Belə ki, Mərkəzi Klinika Gəncə Xəstəxanasında həkim Ramis Hüseynov tərəfindən əməliyyat olunduğunu deyən şikayətçinin iddiasına görə, əməliyyat uğursuz alınıb: "Həkim Ramis Hüseynovun səhlənkarlığı ucbatından 2-ci qrup müddətsiz əlil olmuşam. Gəncə Şəhər Prokurorluğunun baş müstəntiqi İlkin Şıxməmmədov, həkim Ramis Hüseynov və komisyon ekspertizalar şöbəsinin rəisi Cavid Cahangirli ilə məhkəmə tibb eksperti Rafiq Nuriyev əlbir olaraq məni canlı qəbul etmədən, müayinə aparmadan saxta rəylər vermişlər. Mən isə onların verdiyi saxta rəylərə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Səhiyyə Nazirliyinə şikayətlər etsəm də, heç kəs işimə baxmır. Odur ki, sizin vasitənizlə müvafiq qurumlara müraciət edir, onlardan mənə yardım etmələrini, işimə baxmalarını xahiş edirəm".



Oxşar Xəbərlər

Xəbər lenti