İnvest Construction MMC-yə KİMSƏZ SÖZ DEYƏ BİLMİR? - "Gedin hara istəyirsiniz şikayət edin"

İnvest Construction MMC-yə KİMSƏZ SÖZ DEYƏ BİLMİR?
DİA.AZ: - "“İnvest Construction MMC” adlı tikinti şirkəti Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında yerləşən binanı sökür. Allah xeyir versin, köhnə binalar yeniləri əvəzlənməlidir". DİA.AZ bildirir ki, bu açıqlama ilə tanınmış jurnalist Niyaz Niftiyev çıxış edib.

Jurnalist amma bu işin problemli tərəfini qabardıb: "Amma 40-a yaxın ailə onların şərtləri ilə razılaşmadığından evlərini tərk etmir. Şirkət buna məhəl qoymur və insanlar yaşadıqları halda binanı sökür.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də deyir ki, “İnvest Construction MMC”-yə tikinti aparmaq üçün müsbət rəy verilməyib.

Belə olan halda bu insanların narazı qalmasına dövlətin hüquq sistemi niyə biganə yanaşır.

Eyni proses Binəqədidə 5 il əvvəl yataqxananı söküb sakinləri aldadan şirkətlə də baş verib. Adamlar evlərini ala bilmir, baxmayaraq ki, bina hazırdı, vurhay satırlar, əsl sahiblərinə - sokdukləri yataqxanadan çıxarılanlara deyiblər ki, gedin hara istəyirsiniz şikayət edin. Pulunuzu yalnız hissə-hissə verə bilərik.

"Gedin hara istəyirsiniz şikayət edin" ifadəsi yaxşı səslənmir. Bu hərc-mərcliyin göstəricisi, daxili idarəçilikdə sistem xətasıdır. Bu vərdişə çevrilsə vəziyyətimiz heç də yaxşı olmayacaq".

Məsələ diqqətimizdədir, dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...



Oxşar Xəbərlər

Xəbər lenti