DOST Mərkəzindən növbəti şikayət – ŞAMAXI SAKİNLƏRİ İŞDƏN QANUNSUZ OLARAQ ÇIXARILDIQLARINI İDDİA EDİRLƏR / VİDEO


Şamaxı rayon sakinləri Zəkərəyev Zeynəb Ağayar qızı və Zayıdov Mahir Babacan oğlu tərəfindən Hurrriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər DOST Mərkəzindən narazıdırlar:

“Biz, Zəkərəyev Zeynəb Ağayar qızı və Zayıdov Mahir Babacan oğlu, yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız.

Məlumat üçün bildirək ki, 2019-cu ildə 4 illik müqavilə əsasında Şamaxı rayon Dost Xidmətinin əli ilə təmizlik işlərinə cəlb olunmuşduq. Lakin keçən il bizi qanunsuz olaraq işdən çıxardılar. Səbəb olaraq isə müqavilənin bitdiyini deyirlər”.

Ən maraqlısı isə budur ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblıya müraciət etdiyimiz zaman bildirdi ki, Zəkərəyev Zeynəb Ağayar qızı işdən çıxdıqdan sonra əmək kitabçası fevral ayına kimi açıq olub. Xanımı isə işdən noyabr ayında çıxarıblar. Bəs, onun əmək haqqını kim alıb?

Şikayətçilərin redaksiyamıza göndərdiyi video-müraciəti olduğu kimi təqdim edirik:

 

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti