8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bir neçə gündür ki, sosial şəbəkələrdə və saytlarda mənim və iş adamı olan qardaşım haqqında həqiqəti əks etdirməyən, yalan məlumatlar yayılmaqdadır. Çox təəssüf edirəm ki, bu xəbərləri tirajlayan mətbuat işçiləri istehsal prosesini görmədən, nə vaxtsa orada işləmiş, işində dələduzluq etmiş və işdən qovulmuş insanların paylaşımına istinad edərək iş adamının işgüzar fəaliyyətinə xələl gətirən yazılar dərc etməklə ictimaiyyəti çaşdırmağa çalışırlar. Bir daha diqqətə çatdırmaq istəyirəm ki, Lerik rayonunda 200 nəfərə qədər işçisi olan, illik 5000 ton istehsal gücü ilə tanınan, ən müasir istehsal modelləri ilə təmin olunmuş quş əti istehsal edən “Lerik Broyler” MMC fəaliyyət göstərir. Bu da Lerik rayonunda özəl olaraq dövlət dəstəyi ilə inşa olunmuş yeganə böyük müəssisədir. Müəssisənin inşasından bu günə kimi bütün fəaliyətini dərindən bilən şəxs olaraq reallığı sizə bildirməyi özümə borc bilirəm və bu günə kimi bütün mətbuata istehsal prosesini canlı olaraq görməkdən ötrü qardaşım Cingiz Məmmədovun adından hər birinizi müəssisəyə dəvət edirəm. Şəkildəndə görunür ki, 10 il qabaq çəkilmiş bu feyk videoda axıdılan su, kol-kos olmayan və qırmızı rənglə montaj olunmuş bir səhnədir. Real şəkil isə 2023-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən növbəti yoxlama zamanı çəkilmiş qrunt sularının borulardan axan şəklidir. (Foto əlavə olunur.) Yazılanların əksinə olaraq bildirmək istəyirəm ki, Toyuq kəsimi zavodunun bütün bölümlərində əmələ gələn tullantılar atqı hovuzuna axıdılır və buradan da xüsusi pompalar vasitəsi ilə Ekologiyanı qorumaqdan ötrü, Azərbaycanda ilk olaraq “Lerik Broyler” MMC tərəfindən idxal olunmuş ən yeni texnologiya ilə quraşdırılmış Rendrinq sexinə ötürülür. “Lerik Broyler” MMC-yə məxsus Kəsim zavodunun istehsalat prosesində yaranan qan, qan vannasından xüsusi pompa vasitəsi ilə paslanmaz çənə yığılır. Yığılmış qan, xüsusi pompalar vasitəsi ilə rendrinq sexinin bişirmə qazanına ötürülür. Kəsim zavodunun tullantıları (toyuq başı, ayağı, tükü, içalatı və istifadə edilmiş su) xüsusi pompa vasitəsilə rendring sexinin separatorundan keçirilərək xüsusi rezervuara (70 ton tutumu olan bunkerə), oradan isə helezonlar vasitəsi ilə bişirmə qazanına ötürülür (5 ton tutumlu). Rendring sexinin bişirmə qazanında yüksək təzyiq (6 bar) və temperatur (860 dərəcə) altında tullantılar və qan qarışdırılıb bişirilərək un halına gətirilir. Kəsim zamanı istifadə olunmuş su və orqanik maddələrin tərkibində olan su yüksək temperatur nəticəsində buxarlanır. Hazır olunmuş un məhsulu öncə qarışdırıcı bunkerə, sonra helezon vasitəsilə metal detektordan keçirilir və sonra pres qurğusuna ötürülür. Müasir texnologiyalar əsasında istehsal prosesindən keçərək alınmış məhsul xüsusi presdə sıxılaraq yağı çıxarılır və sonda toyuq yağı və toyuq unu əldə olunur. Yağdan ayrılmış un helezon vasitəsilə soyuducuya ötürülür. Soyuducuda tempetatur aşağı salınandan sonra helezon vasitəsilə qırıcı-dəyirmana ötürülür. Qırıcı-Dəyirmandan keçmiş un helezon vasitəsilə torbalama bunkerinə ötürülür. Torbalanmış un və əldə edilmiş yağ, balıq yemi istehsalında yüksək proteinli məhsul kimi istifadə olunur. Bişirmə prosesindən yaranan buxar, əmələ gələ biləcək iy və qoxunun qarşısının alınması üçün xüsusi kompressorlar vasitəsilə çox pilləli atsorbentlərdən keçirilir. İstehsalda istifadə olunan buxar ilk öncə siklon tankından keçir, oradan isə 2 ədəd soyuducu kondisionerdən və atsorbenlərdən keçirilir. Bu proses vasitəsilə buxardan alınmış suyun içində olan qoxu neytralaşdırılır. Su borusu vasitəsilə 3 ədəd çökdürücü şambodan keçir. Kəsim sexinin yerləşdiyi ərazi, kəndin qalan ərazisi nisbətində çökəkdə yerləşdiyindən, kənd ərazisində olan bütün qrunt sular, süni kanallar və dərələrdə olan sular Kəsim sexinin ərazisi istiqamətində hərəkət etdiyindən, ərazini qorumaq məqsədilə kəsim sexinin ətrafında drenaj sistemi quraşdırılıb. Drenaj sistemi vasitəsilə kənd ərazisində olan və kəsim sexi istiqamətində toplanan qrunt sular, kanallar və dərələrdən yığılıb gələn sular boru vasitəsilə çaya yönləndirilir. Bildirmək istəyirik ki, sözü gedən borudan çıxan suyun həmin müəssisənin Kəsim sexinin istehsalatına heç bir aidiyyəti yoxdur. Bütün bunları yazmaqda əsas məqsədimiz Lerikdə yerləşən Toyuq kəsimi zavodunun Ekologiyamıza heç bir mənfi təsirinin olmamasını izah etməkdən ibarətdir. Ekologiyamızı qorumaq hər birimizin borucudur. \\gundelik-baku.com