BU NƏDİ BELƏ: Dayanacağın ərazisi hissə-hissə satılıb - FOTOLAR

BU NƏDİ BELƏ: Dayanacağın ərazisi hissə-hissə satılıb
Bakı-Sumqayıt yolundakı dayanacağın ərazisi hər keçən gün daraldılır.

Sozcu.info cebhe.info-ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdı şikayətlər yayılıb. Vətəndaşların sözlərinə görə, ərazi ya Abşeron, ya Binəqədi rayonun ərazisidir və satılıb.

Üstəlik, ərazidən hərəkət edən 199 saylı marşurutun intervalı 16 dəqiqə artırılıb. Bu səbəbdən də hər gün tıxac yaranır və sərnişinlərin gözləmə yerləri daraldığı üçün bu, onlara problem yaradır:

"Bakı-Sumqayıt yolundakı dayanacağımızı metr-metr itiririk. Bir neçə aydan sonra qalanını da köşkə qatacaqlar. 199 saylı marşurutun intervalını da 16 dəqiqəyə qaldırıblar. Hələ sıxlıq, tıxac saatlarında bu dəqiqələrin artdığını da hesaba qatsaq, demək ki, yağış isladacaq, gün qurudacaq bizi. Şikayət etməyi ağlıma da gətirmirəm. Yoxsa qalacağam idarələrin arasında. Di gəl müəyyənləşdir görək, bu yeri Abşeron İcra Hakimiyyəti satıb, yoxsa Binəqədi rayon İcra Hakimiyyətimi? Axırda da dəyişən bir şey olsa...", - deyə sosial şəbəkə isfadəçisi yazıb.

BU NƏDİ BELƏ: Dayanacağın ərazisi hissə-hissə satılıb
BU NƏDİ BELƏ: Dayanacağın ərazisi hissə-hissə satılıb
BU NƏDİ BELƏ: Dayanacağın ərazisi hissə-hissə satılıb



Oxşar Xəbərlər

Xəbər lenti