UniBank` bir ailəni küçəyə tökür... - TƏFƏRRÜAT

`UniBank` bir ailəni küçəyə tökür...
“Unibank” üç nəfəri mənzildən çıxarılması tələbi ilə Ali Məhkəməyə kassasiya şikayəti verib. Tribunainfo.az-ın verdiyi xəbərə görə, işə avqustun 25-də hakim Aqil Abbasov sədrlik edib. Bank Mirişov Dənizxan, Mirişov Miriş və Bədirova Nazənini evindən küçəyə atır. Qeyd edək ki, az qala hər ay belə məhkəmə prosesləri keçirilir. Banklar vətəndaşları ev-eşiyindən çıxarır. Lakin Mərkəzi Bank, Maliyyə Nazirliyi, Banklar Asossasiyası bu mövzuda susurlar. Banklar müştəriyə verdikləri krediti geri ala bilmir. Ancaq krediti ayıranda vətəndaşın gəlirlərini də hesablamır və kortəbii surətdə bu iş həyata keçirilir.



Oxşar Xəbərlər

Xəbər lenti