Milli Kitabxanada qalmaqal - Əməkdaşlar işə çıxmaqdan imtina edir

Azərbaycan Milli Kitabxanasının əməkdaşları bu gün işə çıxmamağa qərar veriblər.

Sozcu.info-nun xəbərinə görə, Pravda.az-a daxil olan məlumatda bildirilib ki, buna səbəb Gülüstan sarayında keçiriləcək Milli Kitabxananın 100 illik yubiley tədbirinə sıravi işçilərin dəvət edilməməsidir.

Məlumatda qeyd olunub ki, tədbirdə yalnız Milli Kitabxananın rəhbərliyi edəcək. Eyni zamanda vurğulanıb ki, Milli Kitabxananın rəhbərliyi maaşa edilən əlavələri də vermək istəmir, həmin vəsaitin Gülüstan sarayında tədbirin təşkilinə xərcləndiyi bildirilir.

Məsələni aydınlaşdırmaq üçün Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova ilə bir neçə dəfə əlaqə saxlanılsa da, Ə.İsmayılova zənglərə cavab verməyib.

Milli Kitabxanın daxili nömrəsinə edilən zənglər də cavabsız qalıb.



Oxşar Xəbərlər

Xəbər lenti