113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...


Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov rəhbərlik etdiyi qurumda islahatların aparılmasına bir o qədər də həvəs göstərmir. DGK sədri hətta hüquq-mühafizə orqanları tərəfindən saxlanılan gömrükçülərin çalışdıqları idarə və şöbələrdə "təmizləmə əməliyyatı" aparmaqda da maraqlı deyil. DİA.AZ bildirir ki, bu barədə Yenisabah.az-a DGK-nın məsul əməkdaşlarından biri məlumat verib. Mənbə deyib ki, Şahin Bağırov Komitənin yenilənməsinə, gənc kadrların irəli çəkilməsinə dırnaqarası yaxınlaşır. Onun sözlərinə görə, uzun illərdən bəri DGK-da çalışan və həmişə neqativ fəaliyyəti ilə qurumun imicini zədələyən əməkdaşların böyük əksəriyyəti hələ postunu qoruya bilib.

"Şahin müəllim DGK sədri təyin olunandan sonra Komitədə daxili təhqiqat məsələləri arxa plana keçib. Demək olar ki, heç bir əməkdaşın fəaliyyəti təftiş edilmir. Hətta haqqında yazılı və şifahi şikayətlər olan gömrük müfəttişləri ilə bağlı da tədbir görülməyib. Buna görə də gömrükçülər özlərini cəzasızlıq mühitində hiss edir və istənilən qanunsuz əmələ qol qoymaqdan çəkinmirlər. Hüquq-mühafizə orqanlarının DGK-da tez-tez əməliyyat keçirməsi də ilk növbədə bu amillə bağlıdır", - deyə mənbə bildirib.

DGK əməkdaşı bizimlə söhbət zamanı çalışdığı qurumda mövcud şəraitin yaradılmasını Şahin Bağırovun şəxsi mövqeyi ilə əlaqələndirib. Bildirib ki, indiki sədr 1992-ci ildən gömrük orqanlarında çalışır. Komitədə demək olar ki, hər kəsi şəxsən tanıyır. Əməkdaşların əksəriyyəti ilə vaxtilə eyni idarələrdə, şöbələrdə işləyib. Tez-tez onlarla qeyri-rəsmi mühitdə - xeyir-şər məclislərində, istirahət məkanlarında bir araya gəlir.

Sədrin şəxsi münasibətləri hansısa əməkdaşı cəzalandırmağa, işdən çıxarmağa imkan vermir.

Məlumatlı şəxs maraqlı məqama toxunub. Qeyd edib ki, bu ilin əvvəlində DİM gömrük orqanlarında işə qəbulla bağlı imtahan keçirib. 200-ə yaxın gənc kadr imtahanda uğur qazanaraq müsahibədə iştirak etmək hüququ əldə edib. Şahin Bağırovun rəhbərlik etdiyi komissiya müsahibəyə qatılan 113 nəfərə müsbət rəy verib. Amma bu günə kimi onların heç biri gömrük orqanlarında işlə təmin edilməyib.

"İmtahan və müsahibə mərhələsindən uğurla keçən 113 nəfər indiyə kimi Şahin Bağırovun könlünə insaf düşəcəyi günü gözləyirlər" , - deyə mənbə fikrini tamamlayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}