8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu gün səhər saatlarında Şəmkir rayon sakinləri Gəncə ASAN Xidmətinə müraciət üçün uzun yol qət ediblər. Lakin sözügedən 1 saylı Gəncə Asan Xidmətdə iş rejiminin kobud şəkildə pozulmuş olması faktları üzə çıxıb.
Asan Xidmətə müraciət edən Sara Qasımova, foto çəkilən yerin, hətta kserokopiya kimi fəaliyyət göstərən xidmətin iş saatlarında yerində olmaması vətəndaşda ciddi narazılığa səbəb olub. Adı Asan Xidmət olan dövlət qurumunun niyə iş rejimini kobud şəkildə pozması haqqında ilkin məlumatlar yoxdur. Hesab edirik ki, bu cür rejimlə işləyən Gəncə 1 saylı Asan Xidmətin rəhbərliyi belə bir məsuliyyətsizliyin qarşısını alacaq.
Vətəndaşların üz tutduğu Asan Xidmətin çətin xidmətə çevrilməsi dövlət qurumunun fəaliyyətinə, iş rejiminə kölgə salmaq bununla da vətəndaşların müraciət formasının, hansı qaydada, hansı iş rejimində müraciəti qəlizləşdirilməsi yolverilməzdir. Rəhbərlik dərhal bu barədə ciddi addımlar atmalıdır. Asan Xidmətə olan inam vətəndaşlar arasında ilk Asan Xidmətin fəaliyyə dövrünə qayıtmaqla, daha dürüst iş rejimini bərpa etməlidir.
Bir məqamı da qeyd edək ki, Gəncə Asan Xidmətin məlumat bürosunun vətəndaşlara xidməti əvvəlki xidmətdən fərqlənir. Yəni ki, sözügedən büro vətəndaşları başından etmək üçün Asan Xidmət daxilində loru dildə desək, ora-bura göndərir. İnanırıq ki, bu yazımızdan sonra Asan Xidmətə müraciət edənlərin işləri çətinə düşməyəcək.
Azər,
Gəncə müxbiri