8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gəncə şəhəri, Yeni qəsəbə sakini Mehtiyev Nəcəf Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi pensiyasının 2 ildir qanunsuz olaraq kəsildiyini iddia edir:
"Mən, Mehtiyev Nəcəf Əli oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırıb, pensiyamın bərpası üçün mənə kömək göstərəsiniz.
Özüm Birinci Qarabağ qazisiyəm. İllərdir aldığım pensiyam qeyri-qanuni şəkildə kəsilib. 2 azyaşlı övladım var, səhhətimdə problemlərim çoxdur. Əlil insanın əlilliyini ləğv edirlər, belə vicdansızlıq olar?!”
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq, məsələnin araşdırılacağı bildirildi.
Jalə FAMİLQIZI