8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Abşeron rayonu Masazır qəsəbəsində kütləvi şəkildə icazəsiz həyət evlərinin tikintisi ilə bağlı ölkə mediasında bir neçə dəfə material yayımlanıb. Həmin yazılarda ərazidəki sakinlərin iddialarına əsasən, bəhs olunan tikinti işlərini həyata keçirən şəbəkənin Abşeron Rayon İcra Hakimiyyəti ilə anlaşaraq işlərini rahat şəkildə davam etdirdiyi vurğulanmışdı. Yenicag.az-ın əldə etdiyi məlumatda bildirilirdi ki, hazırda Masazır qəsəbəsində heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan qanunsuz həyət evlərinin kütləvi tikintisi daha çox “göl” adlanan ərazidə aparılır. Vaxtilə yaxınlıqdakı evlərdən tullantı sularının axıdıldığı kanalizasiyanın keçdiyi və kəskin üfunətin baş çatlatdığı o ərazi hazırda işbazlar tərəfindən müxtəlif üsullarla qurudularaq yerində həyət evləri tikilir.
O da qeyd olunmuşdu ki, “göl” adlanan ərazidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir icazəsi olmadan qanunsuz həyət evlərinin inşası bir neçə makler tərəfindən həyata keçirilir. Aparılan araşdırmada o da məlum olmuşdu ki, bu ərəfədə “göl” adlı ərazidə ümumilikdə 250-dən çox həyət evi qanunsuz olaraq tikilərək satılıb, 100-ə yaxın evin inşası isə davam etdirilir. Ərazidə yaşayan sakinlər haqqında danışılan qanunsuz həyət evlərinin tikintisinin əsasən, Elçin və Xəyal adlı şəxslər tərəfindən aparıldığını söyləmişdilər. Sakinlər adları çəkilən bu şəxslərin Sumqayıt Şəhər İcra Hakimiyyətində yüksək vəzifə tutan məmur tərəfindən himayə edildiyini bildirmişdilər.
Mövzuya aid Yenicag.az-a daxil olan digər məlumatda isə Masazır qəsəbəsində “göl” adlanan ərazidə qanunsuz evlərin tikintisi ilə məşğul olan maklerlərin himayədarlarından birinin “Sumqayıt Bulvar” MMC-nin baş direktoru Seymur Məmmədov olduğu iddia edilib. Qeyd edək ki, Seymur Məmmədov vaxtilə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsində işləyib. Əldə etdiyimiz məlumata görə, maklerlərə Masazırdakı “göl” adlanan ərazidəki topraq sahələrinin “əlverişli şərtlər”lə satışını da məhz Seymur Məmmədov təşkil edir. “Sumqayıt Bulvar” MMC-nin rəhbərinin “göl”ətrafı ərazilərdə torpaq sahələrini satmaqla bərabər, Abşeron Rayon İcra hakimiyyəti ilə qanunsuz tikinti aparan maklerlərin arasında vasitəçilik etdiyi də vurğulanır.
Qeyd etdiyimiz məlumatlar dərc edildikdən sonra Sumqayıt Bulvar” MMC-nin direktoru Seymur Məmmədov redaksiya ilə telefon əlaqəsi saxlayaraq, həmin ərazidə həyata keçirilən tikinti işlərinin onunla heç bir əlaqəsinin olmadığını və “göl” adlanan ərazidəki torpaqların iş adamı “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova məxsus olduğunu dedi. Seymur Məmmədov qanunsuz tikinti işlərini həyata keçirən şəxslərlə əlaqəsinin olmadığını inkar etsə də, Sumqayıt Bulvar” MMC-nin direktorunun bu “and-aman”ı qətiyyən inandırıcı deyil. Çünki “göl” adlanan ərazidə qanunsuz evlər tikərək onları kredit şərtləri ilə satışını reallaşdırdığı bildirilən Elçin və Xəyal adlı şəxslərin Seymur Məmmədovun ən yaxın adamları olduğunu Masazır qəsəbəsində bilməyən yoxdur.
Məlumata görə, Seymur Məmmədov Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun həmyerlisi və yaxın adamıdır. Seymur Məmmədovun adı ölkə mətbuatına heç də yad isim deyil. Belə ki, onun vaxtı ilə Abşeron rayon Memarlıq-tikinti şöbəsinin müdiri vəzifəsində işləyərkən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılması ilə bağlı mətbuatda xəbər yayılmışdı. Ancaq həmin vaxt Seymur Məmmədov icra başçısı Zakir Fərəcov tərəfindən həbsdən xilas edilmişdi.Qeyd edək ki, iki ay öncə ölkə mətbuatında yayılan digər xəbərdə bildirilirdi ki, tikinti şöbəsinin keçmiş rəisi Seymur Məmmədov dələduzluğa görə məhkəməyə verilib. Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi keçirilən presesdə Seymur Məmmədov və ortağı Çingiz Təhməzov Cinayət Məcəlləsinin 178.3.2 maddələri ilə təqsirləndirilir. Zərərçəkmiş şəxslər isə Abşeron rayonu Saray Bələdiyyəsi və vətəndaşlar Elşən Rəhmanlı ilə Elmir Şəmiyevdir. Seymur Məmmədov həmyerlisi Zakir Fərəcovun köməkliyi ilə Bakı Apellyasiya Məhkəməsindəki məhkəmə prosesini “yoluna qoyub”.lib.
Mövzunu davam etdirəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.