Sabirabadda meşələr Əhmədağa İbrahimova peşkəş edilir - şəhid ailələrinə və qazilərə isə "torpaq yoxdur" deyirlər


Hazırda özü Şirvanda Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisi işləyən Əhmədağa İbrahimov Sabiraabadda meşə torpaqlarını zəbt edib. Kür çayı sahilində yerləşən və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan ərazilər bir məmura peşkəş edilib. Gundeminfo.az-a müraciət edən şəhid ailələri və Qarabağ qaziləri deyir ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq həmin münbit torpaqlar Əhmədağa İbrahova icarəyə verilir. 20 ildən çoxdur ki, hər il yeniənən icarə müqavilələri yalnız bir şəxsə, oliqarx məmur Əhmədağa İbrahimova icararəyə verilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sabirabad rayon üzrə idarəsindən isə heç bir açıqlama yoxdur. Qeyd edək ki, həmin ərazilər meşə massivinin genişləndirilməsi üçün nəzərdə tutulsa da Əhmədağa İbrahimov bu əraziləri əkin sahəsi kimi sitifadə etdiyinə görə, ağac əkini həyata keçirilimir. Bu mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də rəsmi mövqeyini dinləməyə hazırıq.
P.S Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisi Əhmədağa İbrahimovun oğlu Orxan İbrahimov 2020-ci ildə Şirvan Şəhər İcra hakimiiyyəti başçısının müavini təyin edilib.



Oxşar Xəbərlər

Xəbər lenti