“HEÇ OLMASA 3-4 AY YAŞAMAQ İSTƏYİRƏM” – Sabunçu xəstəxanasına müraciət edən İlham Quliyev həkimlərin ona baxmadığını deyir / VİDEO


Quliyev İlham Xisro oğlu ağır dərəcəli serroz xəstəsidir. Hurriyyet.az-a müraciət edən şikayətçi deyir ki, artıq ikinci həftədir Sabunçu rayonunda yerləşən 3 saylı Xəstəxananın Terapiya şöbəsində yatır.

Dediyinə görə, xəstəxanaya daxil olan gündən ona baxan yoxdur. Qarnına su yığıldığını bildirən İlham Quliyevin sözlərinə görə, qarnı günbəgün böyüdüyündən vəziyyəti getdikcə pisləşir.

“Heç olmasa 3-4 ay yaşamaq istəyirəm”, - deyən şikayətçi saytımız vasitəsilə rəsmi qurumlara müraciət edərək, ona lazmı müalicə kursu təyin edilməsi ilə bağlı xəstəxana rəhbərliyinə göstəriş verilməsini xahiş edir.

Hurriyyet.az

P.S. Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərədin mövqeyini də dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}