8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakı şəhər sakini Quliyev Hikmət Şamil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. 44 günlük müharibə iştirakçısı olduğunu bildirən H.Quliyev iddia edir ki, ona veteran statusu verilmir:
“Mən, Quliyev Hikmət Şamil oğlu, bildirirəm ki, hal-hazırda ehtiyatda olan baş gizirəm. Ümumilikdə 21 il Vətənə xidmət etmişəm. Müdafiə Nazirliyinin hava hücümundan müdafiə üzrə əməliyyat növbətçiləri ilə eyni tapşırıqları yerinə yetirmişəm, hətta mənim adım onların rəhbər sənədlərində də var.
Sadəcə, onların adı 1-ci siyahıda, mənim adımı isə 2-ci siyahıda gedib. Mənim kimi bir çoxlarının da haqqını yeyirlər. Mənə veteranlıq verilmir. Bizi müharibə vaxtı evində oturub, gizlənənlərlə eyni tuturlar.
1-ci siyahıda adı gedən hər kəsə veteranlıq verilib. Kimlərinsə səhvi ucbatından mənim adım 1-ci yox, 2-ci sənəddə gedib.
Mənə verilən bütün tapşırıqlara əməl etmişəm, döyüş bğlgəsində olmuşam. Əlimdə rəhbər sənədlərdən çıxarışım da var. Məndən ezamiyyət vərəqəsi tələb edirlər.
Mən vəzifəmi layiqincə icra etmişəm, səhvsiz. Söhbət veteranlığa görə verilən puldan getmir, amma mən də istəyirəm ki, əziyyətimin qarşılığını görəm”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.