“Direktor maddiyyatla həll etmək istəyirdi” – Döyüldüyü deyilən məktəblinin ANASI


Ötən gün sosial şəbəkələrdə məktəblinin döyülməsi ilə bağlı görüntülər yayılıb. Şagirdin anası Vüsalə Quliyeva, məsələ ilə bağlı ATV-nin “Xəbərin olsun” proqramının canlı efirinə qoşulub.

Ana, çox pis olduğunu, övladının müalicə aldığını bildirib: 

“Hal-hazırda övladım müalicə altındadır. 7 noyabrdan məlum məsələyə görə, övladım dərslərdə iştirak etmir. Ana kimi mənə təsir edən odur ki, ən azı biz yolda gedərkən yıxılan insanı görürüksə, əlindən tutub ona yardım edirik. Bu, bizim insanlıq borcumuzdur. 

Deyirlər uşaqlar toqquşub. Kamera görüntüsü tələb etmişdim. Müstəntiq ilə məktəbə baxarkən, akt zalında kameranın olmadığını gördük”.



Oxşar Xəbərlər

Xəbər lenti