“Siyahıda 91-ci adam idim, məni 161-ci yerə atıblar” – QAZİ OĞLU MƏŞĞULLUQ XİDMƏTİNDƏN NARAZIDIR


Masallı rayonu, Təkdam kənd sakini Niyazov Musa Xaqani oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, qazi övladı olmağına baxmayaraq, Məşğulluq Xidmətində ona iş verilmir:

“Mən, Niyazov Musa Xaqani oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

1 ilə yaxındır ki, Masallı rayonu Məşğulluq İdarəsində işsiz kimi qeydiyyatdayam. Atam qazidir. Prezidentin fərmanına əsasən, hər bir idarədə şəhid ailələri, qazi ailələri önə çəkilir. Lakin 1 ildir mən önə çəkilmək bir yana, heç işlə təmin olunmadım. Hər dəfə deyirlər ki, növbəyə almışıq.

Siyahıda 91-ci adam idim. Bir neçə gün qabaq getdim, mənə dedilər ki, növbəniz hələ çatmayıb, siz 161-ci adamsınız.

Necə oldu ki, 91-ci yerdən 161-ci növbəyə keçdim. Məni qabağa çəkməkdən geri atıblar. Mənə iş lazımdır, bunun üçün də müraciət etmədiyim yer qalmayıb. Mənə deyirlər, gərək özün qazi olasan ki, sənin növbəni qabağa çəkək. İşsizlikdən, pulsuzluqdan artıq dəli olmuşam”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}