8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Naxçıvan şəhər sakini Əhmədova Şərəbanı Kərim qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şəhid qızı olduğunu bildirən Ş.Əhmədova iddia edir ki, ona qərəzli şəkildə iş verilmir, bunun səbəbini isə şəhid ailələrinə hörmət qoyulmamasında görür:
“Mən, Əhmədova Şərabanı Kərim qızı, yazaraq bildirirəm ki, atam 1992-ci ildə Sədərək döyüşlərində şəhid olub. Əmim də Birinci Qarabağ döyüşlərində şəhid olub.
Mən, bir şəhid qızı olaraq, sizdən xahiş edirəm ki, problemimi ictimailəşdirəsiniz.
Sədərək rayon Mədəniyyət Sarayında mühasib işləyən Elşən müəllim mənim adımı “xadimə” kimi yazdıraraq, 5 illik haqqımı mənimsəyib. Bu 5 il müddətində həmişə söz verirdi ki, səni kitabxanaya işə götürəcəm. Hər dəfə də “narahat olma, yer boşalan kimi səni işlə təmin edəcəm” deyirdi. Həmin vaxt ərzində 2 nazir gəldi-getdi. Axırıncı nazir müavini Həsən İbrahimov idi. Mən onun yanına gedərək, iş istədim, kitabxanaçı kimi işə almağını xahiş etdim. Mənə dedi ki, kitabxana işi diplomu olanlara verilir.
Bütün dövlət qurumlarına müraciət etdim. Dəfələrlə Fuad Nəcəflinin qəbulunda olmuşam. Müavini məni qəbul etdi və bildirdi ki, diplom olmadan da iş verə bilərlər.
Sonradan öyrəndim ki, həmin vəzifəyə rüşvət verdiklərinə görə 5 nəfəri işə götürüblər. Həmin 5 nəfərin də diplomu yoxdur.
Mədəniyyət nazirinin müavini Həsən müəllimin qəbulunda oldum. Ona bildirdim ki, diplomsuz 5 nəfəri işlə təmin etmisiniz, mən şəhid qızıyam, niyə mənə iş vermirsiniz? Mənə bildirdi ki, “şəhid qızı olmursan kimin qızı olursan ol, sənə iş yoxdur”.
Sədərək rayon Mədəniyyət Sarayında nə qədər yeyinti, korrupsiya varsa, hamısını bilirəm. Səsimi kəsmək üçün mənə müvəqqəti olaraq milli paltarların saxlanılması işini verdilər.
Hara gedirsən rüşvət istəyirlər, müraciətə baxan, maraqlanan yoxdur. Bir sözlə, Naxçıvanda şəhid ailəsinə hörmət qoyulmur”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.