Salyan sakini işdən qanunsuz olaraq çıxarıldığını iddia edir – “Bahəddin Leysanov torpağını şumlamadığıma görə, texnikanı əlimdən aldı...”


Salyan rayon sakini Nuriyev Qabil Dünyamalı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Salyan pambıq zavodunda traktorçu işlədiyini bildirən şikayətçi deyir ki, onu haqsız yerə işdən çıxarıblar:

“Mən, Nuriyev Qabil Dünyamalı oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirmək istəyirəm ki, məni saxta işlərlə günahlandıraraq, işdən cıxarıblar.

Zavodun müdidir Bahəddin Leysanovdur. Şirkətin Bakı şəhərində də filialı var.

B.Leysanov məni öz şəxsi torpağında işlədib. Onun üçün qeyri-qanuni olaraq 1000 hektar yer şumalmışam. Sonradan onun torpağını şumlamadığıma görə, texnikanı əlimdən aldı, məni işdən çıxardı.

Heç bir günahım olmadan işdən çıxarılmışam.

Xahiş edirəm ki, məni şirkətin Bakı filialına işə götürsünlər. Evdə xəstəm var, sinir xəstəsidir, iynə dərmanlarını ala bilmirəm”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 



Oxşar Xəbərlər

Xəbər lenti